Səudiyyə Ərəbistanı ilə Foxconn arasında elektromobil danışıqları
Səudiyyə Ərəbistanı və Tayvanın Foxconn Technology şirkəti elektrikli avtomobil (elektromobil) istehsal edəcək yeni bir ortaq şirkət qurmaq üçün danışıqlar aparırlar.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının 450 milyard dollarlıq investisiya fondu "Velocity" adında yeni bir şirkət quracaq və bu şirkət yeni ortaq şirkətin əksər hissəsinin sahibi olacaq. Şirkətin azlıq hissəsinə sahib olacaq "Foxconn", istehsal ediləcək elektrikli vasitələrin proqramını və elektronik arxitekturasını təmin edəcək.
Mövzu ilə əlaqədar məlumata malik mənbələr, yeni qurulacaq ortaq şirkətin BMW-nin lisenziyaı ilə bir şassini istifadə edərək elektrikli vasitə istehsalını həyata keçirəcəyini qeyd ediblər. Tərəflərin müqaviləni il sonuna qədər imzalamaları gözlənilir.
Səudiyyə Ərəbistanı, iqtisadiyyatını neft gəliri asılılığından xilas etmək üçün uzun illərdir yerli bir avtomobil istehsalı sənayesi qurmaq istəyirdi. Krallıq 2018-ci ildə elektrikli avtomobil startapı "Lucid Motors"un əksəri hissəsini satın almış və şirkəti ölkə sərhədləri daxilində istehsal üçün istiqamətləndirmişdi.
Səudiyyə Ərəbistanının İnvestisiya Fondunun 2028-ci ilə qədər bir batareya zavodu da qurmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)




