"Rusiyanın 30 illik neft, 50 illik qaz ehtiyatları var"
Rusiyanın neft ehtiyatları ən azı 30 il, qaz ehtiyatları isə 50 il davam edəcək.
Marja.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya-Çin enerji biznes forumunda deyib.
“Rusiyanın böyük neft və qaz ehtiyatları var. Rusiyada hazırkı şəraitdə və hasilat səviyyəsində neft ehtiyatlarının tədarükü təxminən 30 il, qaz ehtiyatları isə təqribən 50 il davam edə bilər”.
Novakın sözlərinə görə, enerji keçidi prosesinə baxmayaraq, Rusiya neft və qaz ehtiyatlarını satmaq imkanlarına arxayındır: “Biz inanırıq ki, yaxın illərdə bu resurslar enerji bazarlarında tələbat olacaq”.
Novak bildirib ki, Asiya ixrac artımının əsas istiqaməti olaraq qalacaq. Məsələn, Çinə neft ixracı son 10 ildə 6 dəfə artıb. Qaz ixracı da artır, 2021-ci ilin noyabr ayının sonunda onun həcmi ilin əvvəlindən 13,4 milyard kubmetrə çatıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 42 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu

























