Bu ölkənin valyutası koronavirusun yeni ştammı ilə ucuzlaşdı
Meksika pesosunun dəyəri koronavirusun yeni ştammı ilə bağlı narahatlıqlar səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşüb.Meksika pesosu koronavirusun yeni ştammı ilə bağlı narahatlıqlar fonunda cümə günü ABŞ dollarına nisbətdə əhəmiyyətli dərəcədə ucuzlaşıb.
Marja xarici mətbuata istinadən xəbər verir ki, bəzi banklar, xüsusən də Citibanamex ABŞ valyutasını 22,44 pesodan satıb. “Televisa” telekanalının məlumatına görə, söhbət son 14 ayda milli valyutanın ən ciddi ucuzlaşmasından gedir.
Cümə axşamı Meksika Bankının müəyyən etdiyi rəsmi məzənnə bir dollar üçün 21,54 peso təşkil edir. İl ərzində Meksika valyutası 9%-dən çox ucuzlaşıb. Milli Statistika və Coğrafiya İnstitutunun məlumatına görə, bu ayın birinci yarısında inflyasiya 7,05%-ə çatıb ki, bu da Meksika Bankının hədəfindən iki dəfə çox olub. Bu, 2001-ci ilin noyabrından bəri qiymət səviyyəsində ən əhəmiyyətli artımdır.
Meksikada koronavirusa yoluxma halları hazırda aşağı səviyyədədir, 32 bölgədən 31-də infeksiyanın yayılmasının qarşısını almaq üçün noyabrın 15-dən bəri yumşaq məhdudiyyət rejimi tətbiq olunur. Səlahiyyətlilər yeni ştamın ölkəyə daxil olmasının qarşısını almaq üçün hələlik heç bir tədbir elan etməyiblər. Pandemiyanın başlanğıcından bəri Meksika sərhədlərini bağlamayıb və ya ərazisi daxilində hərəkəti qadağan etməyib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























