Gürcüstanda işsizlik səviyyəsi 19,5% təşkil edib
Gürcüstanda işsizlik səviyyəsi 2021-ci ilin üçüncü rübündə artaraq 19,5% təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz bəndi çoxdur.
Marja xəbər verir ki, bu barədə cümə günü Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, xüsusilə işsiz insanların çoxu şəhərlərdə yaşayır. İyul, avqust və sentyabr aylarında şəhər sakinlərinin 21,1%-i işsiz olub ki, bu da 2020-ci il məlumatından 1,9 faiz bəndi çoxdur. Kəndlərdə işsizlik səviyyəsi 17,2% təşkil edib (keçən illə müqayisədə 3,5 faiz bəndi çox).
Kişilər arasında ənənəvi yüksək işsizlik səviyyəsi də üçüncü rübdə artmışdır. İyul, avqust və sentyabr aylarında kişilərin 21,7%-i işsiz olub ki, bu da 2020-ci il məlumatından 2,8 faiz bəndi çoxdur. Qadınlar arasında işsizlik səviyyəsi 16,6% (2,1 faiz bəndi çox) təşkil etmişdir.
Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin üçüncü rübündə muzdla işləyənlərin sayı fərdi işləyənlərlə (özünüməşğul) müqayisədə artıb. İyul, avqust və sentyabr aylarında muzdla işləyənlərin məşğul əhali arasında xüsusi çəkisi 67,3 faiz təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,7 faiz bəndi çoxdur. Özünüməşğul olanlara gəlincə, üçüncü rübdə bu göstərici 32,7% (keçən illə müqayisədə 0,7 bənd az) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















