Taxıl biçininə başlanılıb
Göyçay rayonunda taxıl biçini kampaniyasına start verilib. İlk olaraq rayonun 6 kəndində arpa tez yetişdiyi üçün həmin sahələrdə biçin aparılır.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər. Bu il rayonun kəndli fermerləri öz təsərrüfatlarında 14 min 714 hektar sahədə taxıl becəriblər. Bunun 7780 hektarını buğda, 6934 hektarını arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olacaq.
Cari ildə taxıl biçininə Göyçay və ətraf rayonlardan 45 ədəd müxtəlif markalı kombayn və yük maşını cəlb olunub. Rayonda taxılın vaxtında və itkisiz yığılması məqsədilə məhsul istehsalçılarının taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikaları ilə tələbata uyğun təmin edilməsinə kömək göstərilməsi üçün operativ işçi qrupu yaradılıb.
İdarənin rəisi Elçin İsmayılov bildirib ki, bu il rayonda kombayn çatışmazlığı problemi olmayacaq və fermerlərin məhsulu vaxtında biçilərək təhvil veriləcək. Bu məqsədlə dağlıq rayonlarda biçin vaxtı gec olduğu üçün oradakı kombaynlar da rayondakı taxıl sahələrinə cəlb olunacaq. Hava yağmursuz keçərsə, arpa biçini kampaniyasının iyunun 25-dək, buğda biçininin isə iyulun ortalarınadək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, taxıl biçini prosesinə cəlb olunan mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 15 d. əvvəl
- 37 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
-
1 saat əvvəl
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
-
1 saat əvvəl
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım
Lökbatanda yerləşən anbarın 50 faizə yaxını yanıb
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
Ən çox oxunanlar
Tramvay geri qayıdır
Trampdan İran açıqlaması: “100 faiz əminəm”
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi







.jpg)









.jpg)






