Bu il Azərbaycan əhalisi 28 min nəfər artıb
Ölkə əhalisinin sayı ilin əvvəlindən 28 min 247 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 147 min 380 nəfərə çatmışdır.
Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 82 min 928 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil etmişdir. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5 faiz, qızların xüsusi çəkisi isə 46,5 faiz olmuşdur. Körpələrdən 2104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulanlardır.
Bu ilin 9 ayında ölkə üzrə 56 min 173 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil etmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 min 67 nikaha daxilolma və 12 min 892 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır. Cari ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1847 nəfər gələn, Azərbaycandan isə 355 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 1492 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 34 d. əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)







