"Türk Hava Yolları və Aeroflot-a qarşı sanksiyalar hazırlanır"
Avropa İttifaqı (Aİ) Belarus-Polşa sərhədindəki miqrasiya böhranına cavab olaraq Türk Hava Yolları və Aeroflot-a qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
Marja xəbər verir ki, bu barədə "Bloomberg" diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, Belarusa qarşı beşinci tədbirlər paketi çərçivəsində Rusiyanın ən böyük aviadaşıyıcısı Aeroflot, Türkiyənin Türk Hava Yolları və Belarusun Belavia şirkətləri sanksiyalara məruz qala bilər.
Agentliyin mənbəsi bildirib ki, sanksiyalar dekabrda ABŞ və Böyük Britaniya ilə razılaşdırılaraq tətbiq oluna bilər.
Çərşənbə günü Avropa İttifaqının 27 ölkəsinin səfirləri bağlı qapılar arxasında görüş keçiriblər və orada qərara alınıb ki, Belarusun Yaxın Şərqdən qaçqın axınını stimullaşdırmaq siyasəti "hibrid hücum"dur.
Diplomatların "Reuters" agentliyinə verdiyi məlumata görə, cavab olaraq 30 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar paketi hazırlanır, o cümlədən aviaşirkətlər və Belarusun xarici işlər naziri Vladimir Makeyə. Onların sözlərinə görə, sanksiyalar cümə axşamı ekspertlər səviyyəsində müzakirə olunacaq və bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirləri iclasında təsdiqlənə bilər.
"Reuters"in mənbələri bildirir ki, Belavia-ya qarşı tədbirlərə təyyarələrin lizinqinə qadağası da daxil olacaq. Aeroflot və Türk Hava Yollarına qarşı hansı sanksiyaların hazırlandığı hələlik məlum deyil.
Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, ölkə sərhədlərinə “zorakı hücumun” əsl təşkilatçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun simasında Rusiya rəhbərliyidir.
Polşanın müdafiə naziri Mariuş Blaszak baş verənləri "hibrid müharibə" adlandırıb, məqsədin hökumətin qüdrətini sarsıtmaq, daha sonra “çaxnaşma yaratmaq və ölkəni müqavimət göstərmək qabiliyyətindən məhrum etmək” olduğunu bildirib.
Cümə axşamı Almaniya Federativ Respublikasının kansleri səlahiyyətlərini icra edən Angela Merkel Kremllə razılığa gəlməyə cəhd edib. O, Prezident Vladimir Putinlə telefon danışığında, “Belarus rejimi”nin miqrantlardan Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadəsini “qeyri-insani” və “tamamilə yolverilməz” adlandırıb. Merkelin sözçüsü Steffen Seibert, "Rusiya prezidentindən Minskdəki rejimə təsir göstərməyi xahiş edib" deyib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, lakin Putin bundan imtina edib. O, "Aİ-yə üzv dövlətlərin nümayəndələrinin Minsklə birbaşa əlaqələrində yaranan problemlərin müzakirəsini təşkil etməyi təklif edib".
Bloomberg mənbələrinə görə, çərşənbə gecəsi Merkel əvvəlki söhbətin davamı olaraq Putindən zəng gözləyirmiş. Putinin zəng edib-etmədiyi və nə dediyi dəqiq bilinmir. Bununla belə, Aİ-nin cavabı Aeroflot-a qarşı sanksiya hədəsi olub.
Şirkətdəki mənbə RBC-ya bildirib ki, “Aeroflot” qaçqın dalğasının olduğu ölkələrə uçmur. O əlavə edib ki, Yaxın Şərqdə yalnız Misir, İsrail, İran və ərəb Əmirliklərinə reyslər həyata keçirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
9 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 12 saat əvvəl
-
12 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 12 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır

















