Asiyanın ən bahalı mənzili satılıb - QİYMƏT
Asiyada ən bahalı mənzil Honkonqda 82 milyon ABŞ dollarına (təxminən 140 milyon manat) satılıb.
Bu barədə "South China Morning Post" xəbər verir.
Söhbət milyarderlərin məskunlaşmağa üstünlük verdiyi "Mount Nicholson" yeni yaşayış kompleksində dəbdəbəli daşınmaz əmlakdan gedir. Razılaşmaya daxil olan üç parkinq yeri də daxil olmaqla mənzilin hər kvadrat futu (0,09 kv. metr) alıcıya 18 min dollara başa gəlib ki, bu da Asiya regionunda rekord qiymət sayılır.
Bundan əlavə, adı açıqlanmayan eyni investor həmin kompleksdə 72 milyon dollara daha bir mənzilə sahib olub.
Rieltorların sözlərinə görə, Honkonqda dəbdəbəli daşınmaz əmlaka tələbat pandemiyanın əvvəlindən qapalı olan materik Çinlə quru sərhədinin dekabrın ortalarından etibarən səyahətlər üçün tədricən açılması planları barədə xəbərlərdən dərhal sonra yenidən artmağa başlayıb.
Qeyd edək ki, bu yay eyni yaşayış kompleksində avtomobil üçün dünyanın ən bahalı park yeri 1,3 milyon dollara satılıb.
Honkonqun kommersiya daşınmaz əmlak bazarı dünyanın ən bahalı bazarı hesab olunur. Rieltorlar mənzillərin, ofislərin və pərakəndə satış sahələrinin astronomik qiymətlərini bazarda yüksək tələbatla, o cümlədən materik Çindən olan investorlar tərəfindən pulsuz torpaq və təklifin olmaması ilə izah edirlər. Keçən həftə Honkonqun mərkəzində bir torpaq sahəsi dövlət hərracında rekord qiymətə – 6,5 mlrd. dollara satılıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















