Özbəkistanda Youtube, Facebook və Telegram da bloklandı
Özbəkistan hakimiyyəti, vətəndaşlar haqqında məlumatların ölkədən kənarda saxlanmasını və işlənməsini qadağan edən şəxsi məlumatlar haqqında qanuna əsasən, ən böyük xarici internet platformalarının kütləvi şəkildə bloklandığını elan edib.
Marja xəbər verir ki, YouTube, Facebook, Telegram, Instagram, eləcə də Rusiyanın Odnoklassniki şəbəkəsi qadağan olunmuş saytlar, sosial şəbəkələr və messencerlərin reyestrinə daxil edilib.
"Özkomnadzor"un məlumatında deyilir ki, "Özbəkistan Respublikasının ərazisində internetdə müvafiq resurslardan istifadə müəyyən edilmiş qaydada məhdudlaşdırılır".
İyul ayından Özbəkistan xaricdə vətəndaşların şəxsi məlumatlarının saxlanması və emalı üçün TikTok, Twitter, VKontakte sosial şəbəkələrinə, həmçinin WeChat və Skype messencerlərinə girişi məhdudlaşdırıb.
Noyabrın 1-də prezident Şavkat Mirziyoyev məlumat qanunvericiliyinin pozulmasına görə daha sərt məsuliyyət nəzərdə tutan qanunu imzalayıb. Cinayət Məcəlləsinin yeni redaksiyasında 3 ilədək azadlıqdan məhrum etmə, həmçinin 2-3 ilədək islah işləri nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























