Moldova üçün Rusiya qazının qiyməti 500-600 dollara qalxa bilər
“Gazprom”la yeni müqavilə çərçivəsində Moldova üçün Rusiya qazının qiyməti min kubmetr üçün 500-600 dollara qədər yüksələ bilər.
Marja xəbər verir ki, bu barədə TASS-a danışıqlara yaxın mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “bazardakı vəziyyəti nəzərə alsaq, dəyişikliklər köhnə formula ilə müqayisədə qiymətlərin 2 dəfə, min kubmetr üçün 500-600 dollara qədər artmasına səbəb ola bilər”.
Moldova və "Qazprom" müqaviləni 5 il müddətinə uzatmaq barədə razılığa gəliblər
Moldova və “Qazprom” qaz tədarükü müqaviləsinin şərtləri, eləcə də ölkənin borcunun ödənilməsi sxemi barədə razılığa gəlib. Bu barədə cümə günü respublikanın İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Sankt-Peterburqda Moldova nümayəndə heyəti ilə “Gazprom” arasında danışıqlar başa çatıb. Tərəflər qiymətin hesablanması düsturunu, eləcə də "Moldovaqaz" şirkətinin borcunun ödənilməsi sxemini razılaşdırıblar".
Qeyd olunub ki, məsləhətləşmələrin iştirakçıları “ödəniş cədvəlinin yaradılması üçün növbəti danışıqların aparılmasının” zəruriliyi barədə razılığa gəliblər.
Tərəflərin razılaşmasına əsasən, “Gazprom” və “Moldovaqaz” arasında müqavilə 5 il müddətinə uzadılıb. Yeni müqavilə çərçivəsində mavi yanacağın tədarükü noyabrın 1-dən başlayacaq.
2020-ci ildə “Gazprom” Moldovaya 3,05 milyard kubmetr qaz tədarük edib ki, bu da 2019-cu ildəkindən (2,89 milyard) 5,5% çoxdur. Hazırda Moldovada qaz qıtlığı yaşanır, çünki "Gazprom"la müqavilə sentyabrın sonunda başa çatıb. Danışıqlar zamanı onlar mövcud müqavilənin müddətini oktyabrın sonuna qədər uzadıblar.
Rusiyanın qaz şirkəti Moldovadan 709 milyon dollar məbləğində borcun ödənilməsini istəyib. Kişinyova borcun ödənilməsini təxirə salmaq variantları təklif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























