Mərkəzi Bankın Naxçıvan idarəsində “Bugünün qənaəti sabahın əmanətidir” adlı tədbir keçirilib
29 oktyabr 2021-ci il tarixində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində “Bank Savadlılığı Layihəsi” çərçivəsində 31 oktyabr Beynəlxalq Əmanət Günü ilə bağlı “Bugünün qənaəti sabahın əmanətidir” adlı tədbir keçirilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində “Bank Savadlılığı Komandası” tərəfindən əhalinin bank savadlılığının artırılması və bu yolla onların hüquqlarının qorunmasına yönəlmiş Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün növbəti tədbir həyata keçirilmişdir.
Tədbirdə İqtisadi təhlil və statistika şöbəsinin rəisi Azər Səfərov əmanət yığımları üçün qənaət mədəniyyətinin aşılanması daha aşağı yaşlardan başlanıldığı üçün bu tədbirin universitet tələbələrinə yönəldiyini qeyd etmişdir. Tədbirin keçirilməsində əsas məqsədin müxtəlif maarifləndirici vasitələrlə tələbələrin bank bilik və bacarıqlarının artırılması, həmçinin bank məhsul və xidmətləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək və onlarda bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu vurğulamışdır.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin “Bank Savadlılığı Komandası”nın üzvləri Qənbər Xudiyev və Samil Quliyev tərəfindən pul xərcləmək bacarıqları, qənaət vərdişləri, qənaətin məqsədi, faydaları və qlobal əhəmiyyəti, əmanət anlayışı, onun formaları, əmanətin tarixi, faydaları, muxtar respublikadakı banklarda cəlb edilmiş əmanətlərin həcmi, banklarda əmanətlər üzrə faiz bölgüsü, əmanətlərin sığortalanmasının qaydaları və s. mövzular elektron slaydlarla tədris olunmuş və iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılmışdır.
Həmçinin tədbir zamanı tələbələrə banklardan cəlb olunan nümayəndələr tərəfindən bankların bank-maliyyə fəaliyyətini əks etdirən müxtəlif bukletlər paylanılmış və onlara banklarda mövcud olan bank məhsul və xidmətləri barədə geniş məlumat verilmişdir.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilmiş və qalib şəxslərə bankların “Gold” kart, “Kartmane” kimi bank məhsulları hədiyyə olaraq təqdim edilmişdir. Həmçinin qalib şəxslər banklarda təcrübə keçmək imkanı əldə etmişlər.
Qeyd edək ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi “Bank Savadlılığı Layihəsi” çərçivəsində əhalinin bank sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə tədbirləri bundan sonra da davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
4 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb






















