Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK!
(®) Öz şəxsi evinə sahib olmaq bir çox insanlar üçün böyük və vacib məqsədlərdən biridir. Ancaq gözəl görünüşü, əlverişli yerləşməsi, infrastrukturu və bir çox digər üstünlükləri ilə seçilən bir ev almaq o qədər də asan deyil.
Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkətlərindən biri olan “PMD Group” insanların xəyallarını daha da əlçatan etmək üçün yenilənmiş, daha uyğun və sərfəli satış şərtləri təqdim edir.
Yeni şərtlərə əsasən, komplekslərdə mənzillərə artıq 20 deyil, 22 ilə qədər ipoteka krediti ilə sahib ola bilərsiniz. Üstəlik, mənzilləri 30% yox, sadəcə 20% ilkin ödəniş etməklə, illik faiz dərəcəsi olaraq isə 10% deyil, 8%-dən başlayan ipoteka şərtləri ilə əldə etmək mümkündür.
İpoteka almaq vacib bir həyat qərarıdır və çox diqqətlə düşünülməlidir. Mənzil sahibi olmaq istəyənlər üçün ipoteka kreditinin bir çox üstünlükləri var. İlkin olaraq, ödəmək asandır - ipoteka aylıq olaraq az-az ödənilir və faiz dərəcəsindən asılı olaraq, aylıq ödənişləriniz həmin bölgədə ödəyəcəyiniz kirayə haqqından xeyli aşağı ola bilər. Əlavə olaraq, ipoteka insanların çoxunun öz evinə sahib olmasının yeganə yoludur.
“PMD Group” yeni ipoteka şərtləri ilə şəhərin müxtəlif yerlərində yerləşən, bir çox üstünlükləri ilə seçilən layihələrdən mənzillər təklif edir. Nümunə olaraq, "Gumush Residence", “Nizami Boutique House”, "Hillside Residence" şəhərin mərkəzində möhtəşəm mənzərəsi, görünüşü, keyfiyyəti və vəd etdiyi həyat tərzi ilə tamamilə fərqli bir konsept gətirən komplekslərdir.
Mərkəzdə yaşamaq anlayışını özündə təcəssüm etdirən premium yaşayış binaları "Üzeyir Hacıbəyli 57" və "Zərifə Əliyeva 53" isə şəhərin modern və ritmik nəbzini tutmağa imkan verir, müasir biznes və alış-veriş mərkəzləri, lüks otellər və butiq mağazaların əhatəsində yerləşir.
Şərq rahatlığı ilə qərb keyfiyyətini özündə birləşdirən “Təbriz Evləri” infrastruktur baxımından əlverişli ərazidə, “Xəzri Rezidens” isə Xəzərin düz sahilində, narın qumlu çimərliyin bir neçə addımlığında yerləşir.
İdarəetməsi “PMD Group” şirkəti tərəfindən həyata keçirilən bu yaşayış komplekslərində mənzillərə təklif olunan şərtlərlə sahib olmaq indi daha asan və sərfəlidir. Siz də bu şərtlərdən faydalanmaq üçün www.fmg.az/menzil-satisi saytımızdan məlumat ala və ya *5775 ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























