Twitter-in yaradıcısından bədbin ssenari
Twitter-in qurucusu və Baş direktoru Jack Dorsey, ABŞ-a və bütün dünyaya hiper infilyasiyanın gəlməkdə olduğunu iddia edib.Twitter-in yaradıcısı qorxuli ssenari irəli sürüb.
Marja xəbər verir ki, Twitter-in yaradıcılarından biri olan Jack Dorsey, ABŞ-da artan inflyasiyaya işarə edərək işlərin daha çox pisə gedəcəyini söyləyib.
Dorsey, Cümə gecəsi yazdığı "twit"ində ABŞ-da və bütün dünyada hiper infilyasiyanın olacağını bildirib. Dorsey, "Hiper inflyasiya hər şeyi dəyişdirəcək",- qeyd edib.
Tweet, istehlakçı inflyasiyasının ABŞ-da 30 ilin ən yüksək səviyyəsinə yaxınlaşması ilə və problemin artacağı narahatlıqları ilə paralel bir dövrdə yazılıb.
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell də ötən gün etdiyi açıqlamasında, ABŞ-da iqtisadi bərpanın çox balanssız olduğunu və inflyasiyanın gözləniləndən daha qalıcı ola biləcəyini söyləyib.
Powell çıxışında, mövcud yüksək inflyasiya faizlərinin gələcəkdə lazım olandan çox yüksək inflyasiya olacağı proqnozuna gətirib çıxardığını bildirib.
İnflyasiyanın yüksəlməsinə səbəb olan qlobal tədarük problemlərinin təxmin ediləndən daha uzun müddət davam edə biləcəyini qeyd edən Powell, bu vəziyyətin ehtimalla gələn ilə qədər davam edəcəyini açıqlayıb.
Hiper inflyasiya, inflyasiyanın illik 200% sərhədini aşmasına deyilir. Hiper inflyasiya pulun dəyərini ən şiddətli itirdiyi inflyasiya olaraq tanınır.
Dünya tarixində indiyə qədər 58 hiper inflyasiya dövrü yaşanıb. İnHazırda bunun ən yaxşı nümunəsi Venesueladakı inflyasiyadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

















