Azərbaycan şirkəti 2 tranşda kapital bazarından 50 milyon dollar cəlb etməyi nəzərdə tutur
Bakı Heydər Əliyev Hava Limanında yerləşən mərkəzi qovşaqdan Avropa, Asiya və Şimali və Cənubi Amerika istiqamətlərində hava yüklərinin daşınması fəaliyyətilə məşğul olan "Silk Vey Vest Aviaşirkəti" 50 milyon ABŞ dolları məbləğində (85 milyon manat) istiqraz buracaqdır.
Marja xəbər verir ki. bunu İstiqraz emissiyasının təqdimat tədbirində bildirilib.
Qeyd edilib ki, "Silk Vey Vest Aviaşirkəti" tərəfindən Bakı Fond Firjasında kütləvi təklif olunacaq istiqrazlar 3 il tədavüldə olacaq və rüblük sabit 5% (beş faiz) kupon ödənişləri həyata keçirəcəkdir. Buraxılışın ümumi həcmi 50 milyon ABŞ dollarıdır və hər biri 25 milyon ABŞ dolları olan iki tranşda emissiya olunacaqdır. İstiqrazların nominal dəyəri 1000 ABŞ dolları təşkil edir.
Buraxılışın anderrayter PAŞA Kapital İnvestisiya Şirkətidir.
Xəbər verdiymiz kimi, 12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 25 milyon dollar (42,5 milyon manat) olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, cəmi sayı 25 min ədəd, təklif olunan illik faiz dərəcəsi (gəlirlilik) 5%, tədavül müddəti 3 ildir. Kupon faizlərinin ödəniş müddəti hər 3 təqvim ayından bir olacaqdır.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
“Silk Vey Vest Aviaşirkəti” MMC 2020-ci ili 716 milyon 262 min xalis mənfəət ilə başa vurub. Ötən il “Silk Vey Vest Aviaşirkəti”nin cəmi gəlirləri 2,2 dəfə artaraq 2 milyard 350 milyon manatı aşıb.
HƏMÇİNİN OXU: 114 milyon zərərdən sonra 716 milyon manat xalis mənfəət
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 10 d. əvvəl
-
20 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 28 d. əvvəl
-
50 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 52 d. əvvəl
-
57 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib























