Gürcüstan “Akkord” ilə müqaviləyə xitam verib
Gürcüstan avtomobil yolunun yenidən qurulmasına dair “Akkord” ilə 20 milyon dollar dəyərində müqaviləyə xitam verib
Gürcüstanın İnfrastruktur vəRegionalİnkişaf Nazirliyinin Avtomobil yolları Departamenti Xaraqauıli bələdiyyəsini “Şərq-Qərb” avtomaqistralı (E-60) ilə birləşdirən Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun 25,6 km-lik hissəsinin yenidən qurulmasına dair Azərbaycanın “Akkord Industry Construction Investment Corporation OJSC” şirkəti ilə müqaviləsinə xitam verib.
Nazirliyin məlumatına görə, müqaviləyə xitam verilməsi podratçının üzərinə götürdüyü öhdəlikəri yerinə yetirməməsi ilə şərtlənir. Müqavilə 2018-ci il dekabrın 4-də imzalanıb, işlərin dəyəri təqribən 20 milyon dollar təşkil edirdi.
“Akkord Industry” şirkəti Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun Moliti-Çumateleti hissəsinin yenidən qurulmasına dair elan edilmiş beynəlxalq tenderin qalibi olub. Tenderdə 13 şirkət iştirak edib.
Layihə Asiya İnkişaf Bankının (AİB) krediti hesabına maliyyələşib. İşlər müqavilə imzalandığı gündən 2,5 il ərzində yerinə yetirilməli idi.
2017-ci ildə AİB Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun 50 km-lik hissəsinin yenidən qurulması və modernləşməsi layihəsinin maliyyələşdirilməsinə $80 milyon dəyərindəkredit ayırıb.
“Akkord Industry Construction Investment Corporation OJSC” şirkəti 2005-ci ildə təsis olunub.
Telegramda Marja.az səhifəsinə abunə olun
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)


