Naxçıvandan 4 ayda 98 milyon dollarlıq ixrac
Muxtar respublikada 2017-ci ilin yanvar-aprel aylarında 687 milyon 332 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatına görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 1528,8 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 315 milyon 220 min 500 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.
* * *
İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 279 milyon 540 min manat həcmində investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyanın 260 milyon 757 min manatı və ya 93,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2017-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin həcmi 16 milyon 414 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin həcmi ilə müqayisədə 2,4 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin həcmi 13 milyon 357 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.
* * *
2017-ci ilin yanvar-aprel aylarında 36 milyon 919 min 500 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 2,8 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 7447,3 ton ət, 24775,8 ton süd istehsal edilmiş, bir il öncəyə nisbətdə ət istehsalı 2,4 faiz, süd istehsalı 1,8 faiz artmışdır.
* * *
Əhali gəlirlərinin artımı davam edir. 2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 483 milyon 601 min 500 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz yüksələrək 1075,6 manat təşkil etmişdir.
* * *
2017-ci ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,9 manat təşkil etmiş və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artmışdır.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 may 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 58684-ə çatmışdır ki, bunun da 50133-ü və ya 85,4 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-aprel ayları ərzində açılmış 14725 bank hesabının 14686-sı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 may 2017-ci il tarixə 1241-ə çatmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikada 102 milyon 673 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın 1,2 faiz artaraq 97 milyon 921 min 400 ABŞ dolları, idxalın həcmi 59,6 faiz azalaraq 4 milyon 752 min 400 ABŞ dolları təşkil etmiş, 93 milyon 169 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 7 milyon manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 1 milyon 597 min manatı və yaxud 22,8 faizi qısamüddətli, 5 milyon 403 min manatı və yaxud 77,2 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2 milyon 335 min 400 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 31,6 faiz çoxdur.
* * *
2017-ci ilin yanvar-aprel aylarında muxtar respublikaya 129 min 693 nəfər turist gəlmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 6207 nəfər çoxdur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
-
- 23 d. əvvəl
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 41 d. əvvəl
-
47 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
-
1 saat əvvəl
Naxçıvanda TRIPP marşrutuna qoşulacaq dəmir yolları yenidən qurulur
-
2 saat əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Ən çox oxunanlar
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək























