SOCAR peşə təhsili almaq istəyən gənclər arasında müsabiqə elan etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qobustan Regional Təlim Mərkəzi, Kadr hazırlığının təşkili Mərkəzi, Qala Təlim, Tədris Mərkəzi və Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə keçirilir.
SOCAR-a isın yaydığı məlumata görə, 29 yaşı tamam olmayan, tam orta, peşə və ya orta-ixtisas təhsilli ölkə vətəndaşları dekabrın 1-nə qədər müsabiqədə iştirak edə bilərlər.
“Atıcı” peşəsi üzrə iştirak etmək istəyənlər hərbi xidmət keçməlidirlər. Digər peşələr üzrə müsabiqədə iştirak etmək istəyən kişi cinsindən olan şəxslər həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bilet, tibb müəssisəsindən sağlamlıq haqqında arayış, rentgen flüoqrafiyası, şəxsiyyət vəsiqəsi, attestat/diplom, Sumqayıt şəhəri və Abşeron rayonunda yaşayan məcburi köçkünlər isə məcburi köçkün vəsiqəsini təqdim etməlidirlər.
Təlim Mərkəzlərinə aparatçı, atıcı, avtomobil təmiri çilingəri, defektoskopçu, əl ilə qaynaqda elektrik qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və bu avadanlıqların təmiri üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, kimyəvi ayırma aparatçısı, kimyəvi təhlil/analiz laborantı, kompressor qurğuları maşinisti, nasos qurğusu maşinisti, neft-qaz hasilatı üzrə operator, nəzarət ölçü cihazıları və avtomatika üzrə çilingər, polad və dəmir konstruksiyaların quraşdırıcısı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz paylayıcı stansiyanın operatoru, qazla kəsən, rəngsaz, takelajçı, təmirçi çilingər, tornaçı, frezerçi, yükləyici sürücüsü, qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər, yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər peşə ixtisasları üzrə ümumilikdə 765 şagirdin qəbulu nəzərdə tutulmuşdur. Təhsil müddəti peşədən asılı olaraq 6 ay və yaxud 1 ildir.
Müraciətlər elektron formada qəbul olunur. www.socar.az internet səhifəsinin “KARYERA” bölməsinin “TƏLİM MƏRKƏZLƏRİNƏ SƏNƏD QƏBULU” keçidinə daxil olmaqla tələb edilən sənədlər və müsabiqənin qaydaları haqqında məlumat almaq və müvafiq qaydada müraciət etmək mümkündür. Müraciətlər 22 oktyabr 2021-ci il tarixindən gec olmamaq şərti ilə qəbul ediləcək.
Təhsil müddətində şagirdlərə aylıq təqaüd, xüsusi yay və qış geyimləri, gündəlik nahar veriləcək. Qəbulla bağlı hər hansı sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























