Nazir kollegiya iclası keçirdi
Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların iştirakı ilə videokonfrans formatında növbəti kollegiya iclası keçirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, iclasda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində müzakirələr aparılıb.
İclası açan kollegiya sədri Pərviz Şahbazov energetika sektorunun inkişafı, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm vəzifələrin irəli sürüldüyünü bildirib, bu istiqamətdə müəyyən olunmuş vəzifələrin icrasına diqqət çəkib. İclasın gündəliyinə bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində qəbul edilmiş iki yeni qanunvericilik aktının tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası üzrə görülmüş işlərin müzakirəsinin daxil edildiyi bildirilib. Qeyd olunub ki, Energetika Nazirliyinin müvafiq əmrləri ilə verilmiş bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə iki tədbirlər planı təsdiq edilib və ümumilikdə 21 işçi qrupu yaradılıb.
Sonra Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənovun və digər həmməruzəçilərin "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn alt qanunvericilik aktlarının hazırlanması istiqamətində görülmüş tədbirlərə dair məruzələri dinlənilib. Bildirilib ki, bu istiqamətdə 16 işçi qrupu yaradılıb və 13 qaydanın hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən Enerji effektivliyi fondunun yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.
İclasda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanmasının cari vəziyyəti haqqında məlumat verən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev bu istiqamətdə tədbirlər planının icrası məqsədilə 5 işçi qrupunun yaradıldığını diqqətə çatdırıb. Bərpa olunan enerji mənbələri ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi və aktiv istehlakçıların dəstəklənməsi mexanizminin tətbiqinə dair qaydaların layihələrinin beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlandığı bildirilib. Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin əsasnaməsinin və bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş elektrik enerjisinə mənbə sertifikatının verilməsi qaydasının hazırlanmaqda olduğu diqqətə çatdırılıb.
Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Energetika Nazirliyinin normativ hüquqi aktlarının yeni qəbul olunmuş qanunlara uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması istiqamətində atılmış addımlar haqqında məlumat verilib.
İclasın sonunda kollegiyanın sədri Pərviz Şahbazov görüləcək işlər və qarşıda duran vəzifələrin icrası, sənədlərin icra vəziyyətinin və müddətinin nəzarətdə saxlanılması, icra intizamına riayət edilməsi ilə bağlı nazirliyin struktur bölmələrinə və tabeli qurumlara müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
4 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























