İlham Əliyev İraqın neft nazirini qəbul edib - YENİLƏNİB
İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.
Nazir, İraqın Baş naziri Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını çatdırıb və bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.
Görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edilib, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirildib. Qeyd edildi ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirilib ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.
Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.
Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.
Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)




