Ərdoğan, "Qiymətlərin artmasının önünə keçəcəyik" dedi, marketlərdə yoxlamalar başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inflyasiya ilə mübarizəyə dair açıqlamalarına davam edib.
Marja xəbər verir ki, Ərdoğan Kırşehirdəki iş adamları ilə görüşündə, "İnflyasiyanın gətirib çıxardığı bahalılığı və yaratdığı çətinlikləri bilirik. Rəflərdəki haqsız və həddindən artıq qiymətlərin önünə keçəcəyik", - deyib.
Bir neçə gün öncə də Rəcəb Tayyib Ərdoğan, Kahramanmaraşda etdiyi çıxışında, "İnflyasiyanı ən qısa müddətdə nəzarət altına alaraq rəflərdəki, dəzgahlardakı, etiketlərdəki haqsız və həddindən artıq qiymət artımlarının qarşısını alacağıq" demişdir.
Avqust ayında Türkiyədə istehlakçı inflyasiyası 19,25% səviyyəsində açıqlanıb. Ölkədə inflyasiyaya Mərkəzi Bankın faizindən (19%) yüksəkdir. Türkiyədə qida inflyasiyası 29% ilə 28 ayın ən yüksək səviyyəsinə çatıb.
Artıq Türkiyədə, yüksək qiymətlər ilə əlaqədar olaraq marketlərdə və digər satış mərkəzlərində yoxlamalar aparılır. Yoxlamalarda yüksək qiymətin səbəbi araşdırılır, məhsulun etiket qiyməti ilə kassa qiyməti arasında fərq olub olmadığına, etiket məlumatları ilə endirimli məhsulun əvvəlki qiymətinə və s. baxılır. Qanun pozuntusu aşkar edildikə satış yerləri cərimələnir.
Qeyd edək ki, bir çox iqtisadçılar dövlətin qiymətələrə geniş müdaxiləsini səhv hesab edirlər və bazar iqtisadiyyatında qiymətin tələb və təklif əsasında formalaşmalı olduğunu vurğulayırlar. Bildirilir ki, qida qiymətlərinin təlimatla düşməsi mümkün deyil.
Bir çox sektorlarda xərclər artdığından məhsulların qiymətləri də artırlır. Analitiklər hesab edirlər ki, Türkiyədə yüksək qiymətlərin əsas səbəbi səhv iqtisadi siyasətlərdir, bu məsələdə marketləri günahlandırmaq gülünc görünür.
Türk Lirəsinin kəskin dəyərdən düşməsi, dünya ərzaq qiymətlərinin artması, koronavirus ilə əlaqədar istehsallarda yaranan azalma və fasilələr, peyvəndləmədən sonra iqtisadi bərpa Türkiyədə inflyasiyanı sürətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























