Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.
Dövlət Yol Polisi İdarəsindən Marja-ya daxiil olan müraciətdə bildirilib ki, sentyabrın 15-də saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyərin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub.
1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidliyi abidəsinin önü – "İçərişəhər" metrosu – İqtisadiyyat Universitetinin binası – Qoça qala qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla hər qoşun növünə aid bir qutu 50 nəfərdən ibarət Hərbi orkestr
2-ci marşrut - Səməd Vurğun bağı - 28 May küçəsi - Bülbül Prospekti -Neftcilər Prospekti - Azadlıq Meydanı;
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ayrılmaqla müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
-
25 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
37 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
























