Unibank Qarabağ Dirçəliş Fonduna dəstəyinə görə sertifikat alıb
Unibank işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikata layiq görülüb.
Fond rəhbərliyi tərəfindən Unibank KB ASC-nin Müşahidə Şürasının sədri Eldar Qəribova Qarabağ Dirçəliş Fondunun “İanə Sertifikatı” təqdim edilib. Təqdimat ötən gün Fondun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşündə həyata keçirilib. Qeyd edək ki, Unibank tərəfindən “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat vəsait köçürülüb.
Unibank öz dəstəyi ilə yanaşı, Fonda ianə etmək istəyən hər kəs üçün platforma da təqdim edib. İsər fiziki şəxslər, istərsə də sahibkarlar UBank mobil tətbiqinin “hökumət ödənişləri” bölümünə daxil olaraq, Qarabağ Dirçəliş Fonduna vəsait köçürə bilərlər.
Unibank 29 ildən artıq fəaliyyəti dövründə həyata keçirdiyi çoxsaylı KSM layihələri ilə ölkə bank sektorunda hər zaman fərqlənib. Qarabağın yenidən qurulmasında iştirakla yanaşı, şəhid və qazi ailələri ilə bağlı sosial layihələrin həyata keçirilməsi də Bankın KSM fəaliyyəti istiqamətində prioritetləri siyahısındadır. Ötən ilin noyabrından Unibank şəhid Şahin Allahyarovun övladını 18 ildən artıq müddətə himayəyə götürüb. Bu ilin martında şəhid Tural Məmmədovun ailə üzvləri Bank tərəfindən yeni evlə təmin olunub.
Unibank hazırda şəhid və qazi ailələri ilə bağlı dəstək layihələrini davam etdirir. Bank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi biznesinin yaradılmasına dəstək olur. Təkcə iyul-avqust aylarında 4 şəhid ailəsi və bir nəfər qazi Unibank tərəfindən heyvandarlıq paketi ilə təmin olunub. Bundan başqa bankın müxtəlif layihələri, eləcə də “U CAN” layihəsi çərçivəsində davamlı olaraq şəhid və qazi ailələrinə baş çəkilir, onlara dəstək olunur.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















