"Bağların sahəsi 74 min hektardan çoxdur, məhsulunun ixracı 130 milyon dolları keçib"
Fındıq Azərbaycanda kənd təsərrüfatının meyvəçilik sektorunda ən çox ixrac olunan məhsuldur. 2020-ci ildə fındıqçılıqda ixracın dəyəri 130 milyon ABŞ dollarından çox olub. Hazırda ölkəmizdə fındıq bağlarının ümumi sahəsi 74 min hektardan çoxdur. Bu bağların böyük hissəsi bar verən yaşdadır. Bugünkü sərgi-satış yarmarkanın təşkilində də əsas məqsəd fındıqçılıqda məhsuldarlığı artırmaq, fermerlərin xərclərini azaltmaqdır.
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov Zaqatalada keçirilən fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkasında jurnalistlərə müsahibəsində deyib.
Nazirliyin rəsmisi bildirib ki, kənd təsərrüfatı texnologiyasının, texnikasının istifadəsi əl əməyini və nəticə etibarilə fermerlərin xərclərini azaldır, hər hektara görə xalis gəliri, mənfəəti yüksəldir. Kənd Təsərrüfatı Nazirliyinin subsidiya mexanizmi, texnikanın dövlət tərəfindən dəstəklənməsi prosesi fermerlərin texnikaya əlçatanlığını artırır. İndi fermer hər hansı bir texnika aldıqda onun qiymətinin 40 faizdən çox hissəsi dövlət tərəfindən qarşılanır.
“Nazirlik olaraq, bu gün yarmarkanı təşkil etməklə çalışırıq ki, təchizatçıları fermerlərə yaxınlaşdıraq, fermerlərin texnika ilə yerində tanış olmağını təmin edək. Ümidvarıq ki, satış yarmarka fermerlərin ürəyincədir”,- deyə Surxay Novruzov vurğulayıb.
Telegramda Marja.az səhifəsinə abunə olunə
Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 46 d. əvvəl
-
58 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)





.jpg)


.jpg)







