35 dəqiqəlik Bakı-Füzuli - AZAL-ın təyyarəsi Qarabağın beynəlxalq hava limanında ilk eniş etdi
Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.
Hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
“Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irələ sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilib ” - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Füzuli beynəlxalq hava limanında uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcəkdir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaqdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.
Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
- 29 d. əvvəl
-
34 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
37 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
1 saat əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
Ən çox oxunanlar
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI










.jpg)














