Oktyabr ayında payız sərgi mövsümü öz işinə başlayır
Cari ilin oktyabr ayında Azərbaycanda “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış ticarət-sənaye sərgiləri mövsümü yenidən start götürür.
Payız sərgiləri Azərbaycan Respublikasının dövlət strukturları tərəfindən dəstəklənir və bu mövsüm çərçivəsində dörd sərgi keçiriləcək ki, onlardan biri də ilk dəfə təşkil olunan Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh sərgisidir.
Sərgi mövsümü 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə start götürəcək. “Baku International Book Fair 2021” dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. Kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir. 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” 6-10 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir.
Beləliklə, builki sərgi mövsümünü 26-cı Azərbaycan Beynəlxalq “İnşaat” BakuBuild, 13-cü Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” Aquatherm Baku 2021 və 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh 2021 sərgiləri davam etdirir. Bütün bu sərgilər 20-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.
2021-ci ildə Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri də “Rebuild Karabakh” sərgisi olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilməsinə qərar verilmişdir. “Rebuild Karabakh” 2021 sərgisi şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platformasının yaradılmasına lazimi şərait yaradacaq.
Sərgi regionun inkişafına töhfə verə biləcək tikinti, kənd təsərrüfatı, təhlükəsizlik, energetika, telekommunikasiya, səhiyyə, təhsil və digər sahələrin nümayəndələrini bir platformada toplayaraq, effektiv əməkdaşlıqların qurulmasına, aktual müzakirələrin aparılmasına və yeni sərmayələrin cəlb edilməsinə təkan verəcəkdir. Sərginin keçiriləcəyi 3 gün ərzində iştirakçı və ziyarətçiləri mədəni və işgüzar tədbirlərdən ibarət maraqlı proqram gözləyir. Konfrans, seminarlar, dəyirmi masalar, iki-tərəfli görüş və digər tədbirlərin baş tutacağı sərginin zəngin məzmunlu proqramı tədbirin effektiv və aktual formatda keçirilməsinə xidmət edəcəkdir.
İnşaat sənayesinin əsas tədbiri olan “BakuBuild” 2021 sərgisində Azərbaycan, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər tikinti-inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqları - inşaat və izolyasiya materialları, boya, lak və örtüklər və s. bu kimi məhsulları nümayiş etdirəcək. Sərginin qeydiyyat sponsoru qismində tədbirin daimi iştirakçısı - “NB Group” şirkəti çıxış edir. İştirakçıların tam siyahısı ilə sərginin rəsmi veb-saytında tanış olmaq mümkündür: www.bakubuild.az. 2020-ci ildə sərgi pandemiyaya görə ləğv edilsə də, sərginin yolunu səbirsizliklə gözləyən şirkətlər öz yeni məhsullarını nümayiş etdirmək, tərəfdaşlar ilə ünsiyyət qurmaq və bazarın nəbzini tutmaq üçün BakuBuild 2021 sərgisində öz stendlərini bron edərək saxlamışlar.
Ənənəvi olaraq, eyni tarixdə keçiriləcək Aquatherm Baku 2021 sərgisi Azərbaycan, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətləri bir araya gətirəcək. Təqdim olunan sektorlar arasında: Borular və boru xətləri, çilerlər, istilik sistemləri, hava kondisionerləri, termoizolyasiya, radiatorlar və s. yer alır (daha ətraflı məlumatı sərginin veb-saytından əldə edə bilərsiniz www.aquatherm.az).
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı “BakuBuild” və “Aquatherm” sərgilərinə dəstək göstərirlər. Rebuild Karabakh sərgisi Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə keçirilir. Həmçinin, bütün sərgilər Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. 2021-ci il sərgilərinin tərəfdaşları arasında “Greenwich Travel Club” şirkəti (rəsmi turoperator) yer alır.
Təşkilatçılar hər sərgidə müxtəlif mədəni-işgüzar tədbirlər keçirməyi planlaşdırmışlar (bu barədə daha ətraflı məlumatı sərgilərin veb-saytlarından əldə etmək mümkündür). Həmçinin, yerli və xarici sahibkarların iştirakı ilə təşkil olunan ənənəvi “B2B” formatlı işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.
Sərgilərdə təhlükəsizliyə böyük diqqət yetiriləcək. 2021-ci ilin iyun ayından etibarən, şirkət yay mövsümündə keçirilmiş sərgilərdə koronavirus infeksiyasının yayılması ilə mübarizə tədbirlərini uğurla həyata keçirmişdir. Beləliklə, payız mövsümündə keçirilən sərgilərin açılışından əvvəl, Bakı Ekspo Mərkəzinin binalarında və salonlarında ümumi dezinfeksiya işləri aparılacaq və tibbi maska taxmaq, eləcə də sosial məsafə saxlamaq sərgilərin keçirildiyi ərazilərdə olan hər bir kəs üçün məcburidir. Zəruri sanitar-gigiyenik qaydalara riayət olunmasına nəzarət üçün sərgilər çərçivəsində COVID-patrul xidməti də təşkil ediləcək.
Qarşıdan gələn sərgilərin veb-saytlarında sərgini ziyarət etmək istəyən bütün ziyarətçilərin qeydiyyatına artıq start verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
7 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
8 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
8 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
8 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
8 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
9 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır


























