"Narda 50 % azalmadan sonra 10-15 % artım gözləyirik"
"Bu il ölkədə məhsul istehsalı ötən illə müqayisədə daha çox olacaq".
Bunu Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.
“Çünki ötən il Mil-Muğan, Aran zonasında quraqlıq oldu. Bağlarda məhsul istehsalı 50 % az oldu. Keçən il Azərbaycanda nar istehsalı ümumi 182 min ton təşkil edib. Bu il məhsul istehsalında 2020-ci illə müqayisədə 10-15 % artım gözlənilir". - o deyib.
F.Qaraşov ölkədə nar ixracı ilə bağlı gözləntilərə toxunub: “Ötən il ümumi istehsalın 10 %-i miqdarında ixrac edilib. Pandemiyaya görə Rusiya və Ukrayna bazarlarından hazırda nara tələb var. İxracatçılar nar bağlarına gedirlər, fermerlərin məhsulları ilə maraqlanırlar. Bu il müştəri bazası çoxdur. Ötən il 19 min ton nar ixrac etmişdik, 25 mln ABŞ dolları dəyərində ixracımız olub. Pandemiya zamanında nara həm meyvə, həm də şirə olaraq tələbat artdı.
Türkiyə narları Azərbaycan məhsullarından əvvəl yetişdiyi üçün ixrac bazarına daha tez daxil olurlar. Qiymətləri isə bazar tənizmləyir”,
O, Rusiyanın sərhəd-keçid məntəqələrində Azərbaycan ixracatçılarının üzləşdikləri problemlə bağlı danışıb: “Rusiyanın sərhəd -keçid məntəqələrində narları rəsmilləşdirən zaman onlar invoysa uyğun bizdən rüsüm alırdılar. Bununla bağlı, Azərbaycan hökumətinə, İqtisadiyyat Nazirliyinə, Rusiya Azərbaycan İşgüzar Şurasına məktub ünvanlamışıq”.
Qarabağda salınacaq nar bağları ilə bağlı məsələyə münasibət bildirən F.Qaraşov deyib ki, post-müharibə dövrü olduğu üçün hazırda həmin ərazilərdə minatəmizləmə işləri həyata keçirilir:" Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın verdiyi minatəmizləmə xəritələrinin ancaq 25 % həqiqəti əks etdirdiyi üçün hazırda ordakı mövcud bağlara bizə gediş-gəliş qadağandır. Xüsusi icazə ilə vətəndaşın azad edilmiş ərazilərə gediş-gəlişinə icazə verilir. Kənd Təsərrüfatı Nazirliyi əmlakların və torpaqların invertarlaşması əsasında məlumatlar əldə edirik. Azad edilmiş ərazilərdə olan nar bağlarını bərpa etmək istəyirik. Bu barədə planlalarımız var, lakin bu istiqamətdə bizə hələ heç bir təklif irəli sürülməyib".
Qeyd edək ki, Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Hazırda narın əkin sahəsi respublika üzrə təxminən 23 min hektarı keçib.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
-
3 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
14 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Ən çox oxunanlar
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)







.jpg)





