Azərbaycanda 2 yeni sitrus bitkisi becəriləcək
Laym və berqamot bitkilərinin Azərbaycanda tətbiqi planlaşdırılırAMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) ənənəvi sitrus sortları ilə yanaşı, region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sortlarının yaradılması ilə bağlı mühüm işlər görülür.
Hazırda Lənkəran Regional Elmi Mərkəzinin “Sitrus kolleksiya bağı”nda Yaponiya, İran, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort formaları daxil olmaqla 30 növ sitrus bitkisi üzərində elmi-tədqiqat işləri aparılır. Bu yaxınlarda daha 2 yeni sitrus bitkisi üzərində elmi-tədqiqat işlərinə başlanılıb.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev yeni növ sortlar barədə məlumat verib: “Yeni sitrus bitkilərindən ölkə iqlimi şəraitində yetişdirilməyən 2 növünü (laym və berqamot) əldə etmişik. Əldə olunan laym və berqamot bitkiləri artıq bar verib. Məhsulların keyfiyyətini, soyuğa, xəstəliyə və ziyanvericilərə qarşı davamlılığını öyrəndikdən sonra onların Azərbaycanda tətbiqini planlaşdırırıq”.
Professor Fərman Quliyevin sözlərinə görə, Mərkəz tərəfindən əldə olunan berqamot “kastanyaro” bitkisidir. Azərbaycanda bu günədək becərilməyən bu bitki bol məhsul verməsi ilə seçilir. O, əlavə edib ki, limondan fərqli olaraq, laym bitkisi ildə bir dəfə deyil, bütün ilboyu bar verir. Dadına görə daha turş olan bu meyvədən istər qida kimi, istərsə də təbabətdə daha geniş istifadə olunur.
Mərkəz direktoru gələcəkdə ölkəmizdə olmayan digər sitrus bitkilərinin də sort formalarının əldə olunaraq yerli şəraitə uyğunluğunun öyrəniləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır

























