"Amerikalıların 44%-nin 400 dollarlıq yığımı yoxdur"
ABŞ Mərkəzi Bankının (Fed) hesabatı, amerikalıların 44%-nin 400 dollarlıq sürpriz bir xərci ödəyə bilməyəcəklərini ortaya qoyub.
"Marja" xəbər verir ki, Fed-in "ABŞ Bədxərc İqtisadi Rifahı" hesabatına görə, ölkədə yaşayanların ümumi maliyyə vəziyyəti keçən il yaxşılaşıb, ancaq təhsil səviyyəsi aşağı amerikalılar bundan kifayət qədər istifadə edə bilməyiblər.
Hesabat üçün 2016-cı ilin oktyabr ayında keçirilən sorğuda iştirak edən amerikalıların 70%-i iqtisadi baxımdan "rahat yaşadıqlarını" ya da "yaxşı vəziyyətdə" olduqlarını söyləyərkən, 23%-i aylıq hesablarının hamısını ödəyə bilmədiyini deyib.
İştirakçıların 44%-i 400 dollarlıq təcili bir xərci ödəyə bilməyəcəklərini və ya ödəmək üçün borc almaq məcburiyyətində qalacaqlarını bildirib. Bu nisbət, 2015-ci ildə 46 faiz, 2014-də 47 faiz və 2013-də 50 faiz səviyyəsində idi.
Sorğuda iştirak edənlərin 28%-inin pensiya üçün hər hansı bir əmanətləri olmadığı hesabata əks olunub.
Fedin İdarə Heyətinin Üzvü Lael Brainard, məsələyə dair açıqlamasında, iqtisadiyyatdakı yaxşılaşmaya baxmayaraq bir çox amerikalının hələ də çətinlik çəkdiyini vurğulayaraq, "Sorğu nəticələri, lisey diplomu ilə və ya daha az təhsilə malik olanların 40%-i daxil olmaqla bir çox amerikalının maliyyə cəhətdən çətinlik çəkdiyini bizə xatırlatdı".- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 19 d. əvvəl
-
-
20 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
31 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)









.jpg)







