Azərbaycanda şənbə və bazar günləri yola çıxmaq daha təhlükəlidir
290-ı həlak olub!2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, onlardan 290-ı həlak olmuş, 698-i isə yaralanmışdır.
Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2021-ci ilin yanvar-iyun aylarında | 2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
|
|
|
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 756 | 99,5 |
Məkanına görə: |
|
|
magistral avtomobil yollarında | 97 | 118,3 |
yaşayış məntəqələrində | 659 | 97,2 |
İşıqlılıq vəziyyətinə görə: |
|
|
gündüz vaxtı | 329 | 103,8 |
toran vaxtı | 139 | 83,2 |
gecə vaxtı | 288 | 104,3 |
Yol örtüyünün vəziyyətinə görə: |
|
|
quru yol örtüyü | 698 | 97,8 |
digər (yaş, buz və s.) | 58 | 126,1 |
Zərərçəkənlərin sayı, nəfər | 988 | 96,3 |
həlak olanlar | 290 | 89,2 |
yaralananlar | 698 | 99,6 |
Bütün yol-nəqliyyat hadisələrinin 40,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,7 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş vermiş, nəticədə 5 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
12 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























