"Bu məhsulu Ukrayna və Rusiyadan idxal edirdik, indi isə Avropaya ixrac etmək niyyətindəyik" - MÜSAHİBƏ
AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidentlərdən biri də Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən olan “Bakı Polimer İstehsalat” MMC-dir.
Marja xəbər verir ki, “Bakı Polimer İstehsalat” MMC-nin direktoru Cavid Hüseynov bu qurumun əsas fəaliyyət istiqamətləri, istehsal etdiyi məhsullar və YT Parkın həmin müəssisə üçün yaratdığı imkanlar barədə suallarımızı cavablandırıb.
- Cavid müəllim, əvvəlcə rəhbəri olduğunuz müəssisədə istehsal olunan məhsullar haqqında ümumi məlumat verməyinizi istərdik.
- Öncə AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyətimizin genişləndirilməsinə şərait yaradıldığı üçün AMEA və YT Park rəhbərliyinə dərin minnətdarlığımı bildiririəm. Şirkətimiz etibarlı bir partnyor kimi 20 illik uğurlu fəaliyyət müddətində sabit işgüzar münasibətlər qurmağa və peşəkar bir komanda formalaşdırmağa nail olmuşdur. Ən əsası isə ticarət, istehsal və xidmət sahələrində uğurlu işin təminatçısına çevrilmişdir. “Bakı Polimer İstehsalat” MMC qablaşdırma materiallarının idxalçısı kimi fəaliyyətə başlasa da, artıq bir sıra digər məhsulları ölkə daxilində istehsal edir. Bu məhsullara qida və sənaye streçi, yapışqan lentlər və s. aiddir.
- “Bakı Polimer İstehsalat” MMC YT Parkda innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli, çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılmasını hədəfləyir. Bu kompleks nə kimi üstünlüklərə malik olacaq?
-Pandemiya səbəbindən son dövrlər məhsulların daşınması və saxlanılması zamanı qablaşdırılmasına xüsusi önəm verilir. Getdikcə tələbatın artdığı streç film məhsulundan artıq bütün sənaye, emal, nəqliyyat və xidmət sahələrində istifadə olunmağa başlanılıb. Layihəmizin innovativ tərəfi ondan ibarətdir ki, ən son texnologiyalar əsasında hazırlanan avadanlığımız 8 mikron qalınlığa qədər 5 qat streç film istehsalına imkan verir. Bu isə daha kiçik qalınlıqda olmasına baxmayaraq ağırçəkili yüklərin qablaşdırılmasına imkan verir.
- Məhsulların istehsalı zamanı hansı texnologiyalardan istifadə olunur? İstehsal olunan məhsullar hansı sahələrdə tətbiq oluna bilər?
- Məhsulun istehsalı plyonka istehsalında kast adlanan üsul ilə istehsal olunur. Kast üsulunda xətti polimer üfüqi şəkildə soyuducu valın üzərinə axıdılaraq soyudulur və müəyyən emal prosesi keçməklə kağız işkillərə sarılır. Qeyd etdiyim kimi, streç film və skoç məhsulları sənaye, emal, kənd təsərrüfatı (silajların qablaşdırılmasında), nəqliyyat, xidmət və məişətdə istifadə olunur.
- Məlumdur ki, dövlət tərəfindən istehsalçılara verilən dəstək sayəsində “Bakı Polimer İstehsalat” MMC streç filmlərin xaricdən alınmasına son qoyaraq onları müəssisədə istehsal etmək niyyətindədir. Bu istiqamətdə hansı işlər görülür?
- Yüksək Texnologiyalar Parkında fəaliyyətimizin qurulmasında burada tətbiq olunan güzəştlərin böyük önəmi oldu. İdxal etdiyimiz bütün texnologiya və avadanlıqlar əlavə dəyər vergisi ödənilmədən rəsmiləşdirildi. Bundan əlavə, 10 il müddətinə mənfəət, əmlak və torpaq vergisindən azad edilmişik. Bu isə fəaliyyətimizi daha da genişləndirməyə, yeni texnologiyaları ölkəyə gətirməklə innovativ məhsullar istehsal etməyə imkan verəcək. İndiyədək qeyd olunan məhsulu Ukrayna və Rusiya Federasiyası kimi ölkələrdən idxal edirdik. İndi isə istehsalçı kimi Avropa ölkələrinə məhsullarımızı ixrac etmək niyyətindəyik. Artıq niyyət protokolu imzalanıb, yaxın zamanlarda məhsullarımızı Polşaya ixrac etməyi planlaşdırırıq.
- Qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən materiallardan istifadəyə nəzarət mexanizmi tətbiq olunurmu?
Əlbəttə ki, qida və qeyri-qida məhsullarının istehsal resepturası fərqlənir. Qida streçinin istehsalı zamanı insan sağlamlığına ziyan olmayan xammallardan istifadə olunur. Eləcə də, şirkətimizin keyfiyyətə nəzarət edən əməkdaşları hər partiyadan yoxlama məqsədləri üçün nümunələri test edirlər.
- Gələcəkdə YT Parkda yeni layihələrin icrası nəzərdə tutulurmu?
Burada şirkətimiz üçün yaradılan şərait bizi başqa sahələrdə də fəaliyyətimizi genişləndirməyə həvəsləndirir. Yaxın vaxtda ərazidə inşa olunacaq 1440 kv.m sahədə yeni tikinti layihəmizin icrasına başlayacağıq. Bundan sonra, başqa layihələrin icrası da mümkün olacaq.
Müsahibəni apardı: Nərgiz Qəhrəmanova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
8 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























