"4 aydır bankların nağd valyuta alışları satışlarını üstələyir" - ELMAN RÜSTƏMOV
Ardıcıl 4 aydır Azərbaycandakı bankların nağd valyuta alışları satışlarını üstələyir.
Marja xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Elman Rüstəmov deyib ki, valyuta bazarında təklifin artması, tələbin isə azalması müşahidə olunur. Bu da qiymətlərin əsas lövhəri olan məzənnə sabitliyini dəstəkləyir.
"Ötən dövrdə banklar tərəfindən xalis olaraq cəmi 196 milyon ABŞ dolları satılıb. Aprel ayından etibarən isə bankların nağd valyuta alışları satışlarını üstələyir. Ötən dövrdə keçirilmiş hərracların 87%-ndə təklif tələbi üstələyib", - Elman Rüstəmov bildirib.
Mərkəzi Bank 2021-ci ilin sonunadək valyuta bazarında təklifin tələbi üstələcəyini gözləyir.
"Dövlət Neft Fondunun, dövlət büdcəsinə transfert üçün nəzərdə tutulmuş valyutanı hərraclarda tam sata bilməməsi problemi ilə qarşılaşa bilərik", - Elman Rüstəmov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI























