Bakı metropolitenində on yeni güclü ventilyator
Metropoliten sərnişinlərinin təhlükəsizliyinin təmin olunması, daha rahat daşıma şəraitinin yaradılması xeyli dərəcədə ventilyasiya sisteminin səmərəli fəaliyyətindən asılıdır. Buna görə də metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır. İstismar müddətini başa vuran tunel və stansiya ventilyatorlarının yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir.
“Bakı Metropoliteni” QSC-dən Marja-ya daxil olmuş məlumata görə, avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb. Elə həmin il “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib. Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir.
Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların faydalı iş əmsalı, titrəyiş, səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Yeni ventilyatorların iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir.
Ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb. Quraşdırma zamanı hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsinə, ümumiyyətlə, faydalı iş əmsalının yüksəldilməsi üçün hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə xüsusi diqqət yetirilib.
İdarəetmə panelləri də quraşdırıldıqdan sonra istifadəyə verilmiş ventilyatorlar Bakı metropoliteni stansiya və tunellərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 d. əvvəl
-
-
24 d. əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
36 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























