Baytar həkimlər özəl xidmətə keçidə hazırlanır
Baytarlıq xidmətləri ödənişli həyata keçiriləcək.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində dövlət baytarlıq sistemində çalışan baytarların özəl xidmətə hazırlanması məqsədilə təlimlərə başlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, özəl baytarlıq xidmətinə keçid prosesinə Azərbaycan Respublikasının Prezidentininin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 998 nömrəli Fərmanı ilə start verilib. Prosses bu gün mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir.
Özəl xidmətə keçiddən sonra profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirləri (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) baytar həkimlər əmək müqaviləsi ilə yox, xidməti müqavilə və təsdiq edilmiş preyskurant əsasında həyata keçirəcəklər. Bundan əlavə, fermerlərin öz vəsaitləri hesabına maliyyələşən digər müalicə və profilaktika tədbirləri baytarlarla fermerlər arasında müəyyən razılaşma əsasında ödənişli həyata keçiriləcək.
Sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsinin məqsədi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq baytarlıq xidmətlərinin rəqabətliliyini artırmaq və bununla da fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin baytarlıq üzrə eksperti Məsud Xatibi bildirib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələrinə uyğun olaraq həyata keçirilən bu dövlət siyasəti heyvanlar arasında xəstəliklərin azaldılmasına və bununla gələcəkdə heyvan xəstəliklərinə sərf edilən büdcə xərclərinin qənaətinə, baytarların bilik və bacarıqlarının artırılmasına və daha yüksək gəlir əldə etmələrinə, baytarlıq fakültəsini yeni bitirmiş məzunların işlə təminatının asanlaşmasına yönəlib:
“Bununla yanaşı, baytarlıq peşəsinin hüquqi müdafiəsinin təmin edilməsi məqsədilə baytarlıq statuar orqanının - Baytarlıq Palatasının yaradılması da nəzərdə tutulur. Palata baytar həkimlərin və texniklərin səlahiyyət və etik professional davranış standartlarına nəzarətin həyata keçirilməsini, baytar həkimlərinə lisenziyaların verilməsi, yeni biliklərə nail olunması üçün mütəmadi təlimlərin keçirilməsi, baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, normativ və inzibati prossedurların aparılması və qeydiyyatı kimi işlərin həyata keçirilməsinə imkan yaradacaq”.
Təlimlər hər rayonda 3 gün olmaqla, 52 rayonda keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar dərslər 10 nəfərdən ibarət qrupları əhatə edəcək və ümumilikdə təlimlərdə 1416 baytar həkim iştirak edəcək. Təlimlərdə baytar həkimlərinə xəstəliklərlə yeni mübarizə üsulları, istifadə olunan yeni növ dərman preparatları barədə, eləcə də sahibkarlıq və biznes fəaliyyətinin təşkili mövzularında məlumat veriləcək. Təlimçilər Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim heyətindən, baytarlıq sahəsində beynəlxalq təcrübəsi olan mütəxəssislərdən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təcrübəli təlimçilərdən seçilib.
Təlim keçmiş bütün sahə baytar həkimləri özəl fəaliyyət göstərmək üçün layihə tərəfindən lazım olan baytarlıq ləvazimatı və avadanlıqlarla təmin olunacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
35 d. əvvəl
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
- 42 d. əvvəl
-
46 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 51 d. əvvəl
- 55 d. əvvəl
-
55 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rəsmi məzənnələr açıqlandı
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
Ən çox oxunanlar
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb




















