"Avropa İttifaqı ilə saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər"
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini mən yüksək qiymətləndirirəm. Bu, Avropa İttifaqı-Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir".
Marja xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Prezident, "Onu da bildirməliyəm ki, bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir" deyərək sözlərinə belə davam edib:
"Mən Avropa İttifaqına çoxsaylı səfərlər etmişəm. Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu, nəyi göstərir? Onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Onu da bildirməliyəm ki, Məşvərət Şurasının keçirilməsi təşəbbüsünü də mən irəli sürmüşdüm. Avropa İttifaqına təklif etmişdim, onlar da müsbət qarşıladılar. Hər il Məşvərət Şurası böyük səmərə ilə keçirilir. Əgər fəal əməkdaşlıq enerji məsələlərindən başlamışdısa, indi daha geniş sahəni əhatə edir. Ona görə siyasi nöqteyi-nəzərdən bu səfərin çox böyük əhəmiyyəti var. Mən cənab Mişelə də görüş zamanı bildirdim ki, bizim 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər - ya sazişlər, ya bəyannamələr qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu, nə deməkdir? Demək, Avropa İttifaqının üçdəbir hissəsi Azərbaycanı strateji tərəfdaş hesab edir. Yenə də Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm. Amma başqa bir ölkə desin, görsün, belə bir əməkdaşlıq formatı var, ikitərəfli formatda yoxsa yox?"
İlham Əliyev qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı yeni saziş üzərində çalışır: "Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər. Ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır - ticarətimizin təxminən 40 faizi. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır. Onlarla da bizim müsbət saldomuz var".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 18 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















