Azərbaycanda Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb.
Laboratoriyada kiber təhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiber hücumlara qarşı həmlələr həyata keçiriləcək.
Həmçinin sistemlərdəki boşluqların yoxlanılması, təhlükəsizlik auditi xidmətinin göstərilməsi planlaşdırılır.
Mütəxəssislər tərəfindən mütəmadi simulyasiya hücumlarının həyata keçiriləcəyi laboratoriyada qurumun layihələri, eləcə də digər qurumların istifadəsi üçün nəzərdə tutulan İT hesabatların hazırlanması da mümkün olacaq.
Məlumat üçün bildirək ki, kiber təhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında ən önəmli rollardan birini simulyasiya hücumlarının təşkili bacarıqlarının qazandırılması oynayır. Bu, mütəxəssislərə hücumun baş vermə texnikasını dəqiq öyrənməyə, test edilən sistemlərdəki boşluqları aşkarlamağa və çatışmazlıqları vaxtında aradan qaldırmağa imkan verəcək. Bulud infrastrukturunda qurulmuş laboratoriya tam izolyasiya olunmuş mühiti təmin edir və infrastruktur dəyişikliklərinin daha qısa müddətə həyata keçirilməsinə şərait yaradır.
Qeyd edək ki, kiber təhlükəsizlik sahəsi üzrə kadr hazırlanması üçün mütəmadi olaraq laboratoriyada təcrübə proqramları elan ediləcək. Təcrübə proqramlarına seçilən namizədlər müxtəlif tapşırıqlar yerinə yetirəcək, o cümlədən simulyasiya hücumlarında iştirak edəcəklər.
Azərbaycanın İKT yönümlü ilk qurumlarından olan Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü ildə fəaliyyətə başlayıb. Qurum ölkəmizdə Data Analiz və Smart həllərin ilkin mərhələlərinin formalaşmasında bünövrə rolu oynayıb.
“İSO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatına malik Məlumat Hesablama Mərkəzi ölkə əhəmiyyətli bir neçə layihənin texniki operatorudur. Mərkəz Elektron İmza, Bilinq sistemi, Açıq Məlumatlar Portalı, Mobil Cihazların Qeydiyyatı Sistemi, “AzDataCom” şəbəkəsi, “Smartpay” ödəmə sistemi və s. kimi rəqəmsal xidmətlər göstərir.
Ölkəmizin rəqəmsal transformasiyası, virtual sferada güclənməsi, həmçinin yüksək texnologiyaların tədqiqi və tətbiqi qurumun strateji hədəfidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 9 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























