Ötən ay “TURKUAZ” layihəsi çərçivəsində 222 konteyner daşınıb
İyun ayı ərzində “TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb.
“ADY Konteyner”- in yaydığı məlumata görə, ötən ay Azərbaycandan Türkiyəyə 4 konteyner blok qatarında, əsasən, kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb. Konteynerlərdən 72-si 45 futluq, 10-u isə 20 futluq olub.
Azərbaycandan Türkiyəyə bu müddət ərzində TURKUAZ exspres blok qatarları ilə ümumilikdə 2214 ton yük daşınıb.
Bu layihə çərçivəsində ötən ay Türkiyədən Azərbaycana 5 blok qatarda 140 konteynerlə ümumilikdə 3780 ton yük çatdırılıb. Konteynerlərdən 118-i 20 futluq, 22-si isə 45 futluq olub. Konteynerlərlə Türkiyədən Azərbaycana əsasən kimya sənayesi məhsulları, inşaatda istifadə edilən materiallar və şəkər tozu gətirilib.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”- in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində Türkiyədən yola salınan ilk konteyner blok qatarı Bakıya bu il aprelin 14-də çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarət olub.
Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal yükləri daşıyan qatarların müntəzəm olaraq fəaliyyət göstərməsi həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminə əhəmiyyətli təsir göstərib. Belə ki, bu ilin 6 ayı ərzində BTQ ilə artıq 11 084 TEU konteyner daşınıb ki, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb

























