Məşhur antivirus şirkətinin keçmiş rəhbəri intihar edib
Tezliklə ABŞ-a ekstradisiya olunması gözlənilirdi...Dünyanın ən məşhur antivirus şirkətlərindən birinin keçmiş rəhbəri, qalmaqallı biznesmen Con McCafee dünən gecə Barselona həbsxanasında intihar edib.
Marja xəbər verir ki, dünən səhər İspaniya məhkəməsi 76 yaşlı McCafee-nin ABŞ-a ekstradisiya olunması barədə qərar çıxarmışdı.
Bir zamanların ən məşhur və böyük antivirus və kibertəhlükəsizlik şirkətlərindən birini quran, daha sonra ordan ayrılsa da, soyadı həmişəlik şirkətlə birlikdə qalan Con McCafee (John McAfee) 2016-2018-ci illərdə ABŞ-da vergi cinayətlərinə yol verməkdə, milyonlarla dollar vergi borcunu ödəməkdən imtina etməkdə və öz yaxınlarını da buna təhrik etməkdə günahlandırılırdı.
“Mən səkkiz il vergi ödəməmişəm və bundan sonra da ödəməyəcəm. Çünki onlar konstitusiyaya zidd və qanunsuzdur.” – McCafeee 2019-cu ildə öz yaxtasında ABŞ-ı tərk edərkən France-Presse agentliyinə qalmaqallı müsahibəsində bildirmişdi.
McCaffee ötən ilin oktyabrında ABŞ-da açılan cinayət işi ilə əlaqədar Barselona aeroportunda həbs edilmişdi. Onun atasının da, Con hələ 15 yaşında olarkən özünü güllələyərək intihar etdiyi bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 2 d. əvvəl
- 24 d. əvvəl
-
-
28 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"
İyunun 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb


























