Azərbaycanda YTO traktorları yığılacaq
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Çin Xalq Respublikasının dövlət korporasiyası olan “YTO GROUP”la birgə Azərbaycanda kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalını planlaşdırır. Mayın 16-da Səhmdar Cəmiyyətində korporasiyanın nümayəndələri ilə bu barədə geniş müzakirə aparılıb və əməkdaşlıq memorandumu imzalanıb.
ASC-dən "Marja"ya bildirilib ki, Memorandumu Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və “YTO GROUP”un Azərbaycandakı nümayəndəsi Fərhad Məmmədov imzalayıb.
“YTO GROUP”un vitse-prezidenti Shan Chunyu əməkdaşlıqdan məmnunluğunu bildirib və həyata keçiriləcək işlər haqda danışıb.
Memoranduma əsasən, Qusar rayonunda yerləşən istehsal müəssisəsində ildə 800 ədəd orta ölçülü (18-40 at gücündə) YTO traktorları yığılacaq.
Səhmdar Cəmiyyətin Çin tərəfi ilə apardığı danışıqlar nəticəsində traktorların ehtiyat hissələrinin ixracı üçün kreditin ayrılması qərara alınıb. İstehsalın ikinci ilindən başlayaraq, traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin inkişafına müsbət təsir göstərəcək.
Qeyd olunub ki, birgə istehsal olunacaq YTO traktorları “Aqrolizinq” ASC vasitəsilə yerli fermerlərimizə sərfəli şərtlər əsasında satılacaq. Fermerlər texnikanın dəyərinin 20 faizini əvvəlcədən ödədikdən sonra yerdə qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər.
YTO traktorlarının texniki göstəricilərinin asanlığı, rahat idarə olunması fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı verəcək. Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu, yüksək təzyiqli yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin keyfiyyəti və uyğun qiyməti, az yanacaq sərfiyatı ilə seçilir.
Həmçinin nəzərə çatdırılıb ki, YTO traktorları bağçılıq, tərəvəzçilik, tütünçülük, yemçilik və istixana sahələrində geniş istifadə olunur.
Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında kiçik ölçülü traktorlara böyük ehtiyac var. Xüsusən, kiçik ailə təsərrüfatlarında əl əməyinin azaldılması, istehsal prosesinin intensivliyinin təmin olunması, itkilərin azaldılması baxımından bu texnikalar mühüm rol oynayacaq. Traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO traktorlarının istehsalının yaradılması kənd təsərrüfatı maşın-texnika parkının sürətlə yenilənməsinə öz töhfəsini verəcək.
İmzalanmış memoranduma əsasən, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerlərə texnikadan istifadə vərdişlərinin aşılanması üçün tədris mərkəzlərinin açılması, satışın təşkili, texniki təminat və digər məsələlərdə fəal dəstək verəcək.
Məlumata əsasən Çinin “YTO GROUP” korporasiyası dövlətə məxsusdur, illik istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik təşkil edir. Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı alətlərini istehsal edir. Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət bu ölkələrdə öz xidmət şəbəkələrini yaradaraq, son üç ildə 20 min ədəd traktor ixracına nail olub.
2015-ci ildə ixracın həcmi 100 milyon ABŞ dolları həcmində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
7 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
8 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
8 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
8 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
9 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)


.jpg)














