“Hummer” geri dönür, Çin robot taksilər buraxır - istehsalçılardan müjdə
Növbəti illərdə avtomobil bazarını çox maraqlı modellər gözləyir...Ekoloji hədəflər, karbon emissiyalarının azaldılması, “təmiz” avtomobillərə keçid gündəmdəki mövzularda az qala hər gün eşitdiyimiz ifadələrdir.
Əksər ənənəvi avtomobil nəhəngləri Teslanın elektromobil bazarındakı uğurlarından sonra bu yarışdan geri qalmamaq üçün maksimum səy göstərir. Marja bazardakı ən son yenilikləri araşdırıb...
ABŞ-ın ən iri şirkətlərindən biri, 1931-ci ildən 2007-ci ilə qədər avtomobil istehsalında şəriksiz dünya lideri General Motors dünənki açıqlamasında 2025-ci ilə qədər elektrikli avtomobil biznesinə 35 milyard dollar investisiya yatıracağını açıqlayıb. Şirkət həmçinin, 2035-ci ildən sonra heç bir ənənəvi yanacaqlı avtomobil buraxmayacağını bildirib.
General Motorsun hədəfi 2025-ci ildə hər ay 1 milyon elektromobil satmaqdır. Növbəti illərdə müştərilərə təqdim olunacaq elektrikli modellər arasında Cadillac və bir zamanların məşhur modeli, 2010-cu ildən istehsalı dayandırılan yeni Hummer EV və Hummer SUV da var. 830 at gücünə malik üçmühərrikli yeni Hummer 100 km/saat sürəti cəmi 3,5 saniyəyə yığa biləcək. 2023-cü ilin əvvəlindən buraxılacaq versiyanın satışı 110 min dollardan başlayacaq.
Çinin texnologiya nəhəngi Baidu isə bugün Pekində keçirilən konfransda 2023-cü ildə 3000 ədəd sürücüsüz elektrikli robot taksi ilə 3 milyon sərnişinə xidmət etmək hədəfini açıqlayıb. Növbəti ildən buraxılacaq Apollo Moon elektromobilinin ilkin satış qiyməti 75 min dollar müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















