“İdeal” şəbəkəsinin həbsdə olan keçmiş sahibi özünü təqsirli bilmədi
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İlhamə Həsənova bildirib ki, İlqar İsmayılov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə – 2013-2016-cı illər ərzində özünə məxsus olan şirkətdən 680 min manat vəsaiti mənimsəməkdə ittiham edilir. O qeyd edib ki, İlqar İsmayılov həmin dövrdə şirkətin xəzinəsinə 10 milyon manatdan artıq mədaxil edib.
Vəkil həmin mədaxil qəbzlərinin sübutlar siyahısına daxil edilməsi, mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Digər vəkil Rəşad Əliyev məhkəmə iclaslarının audio yazısının aparılması ilə bağlı vəsatət qaldırıb. Vəkil bildirib ki, hazırlıq iclasında bununla bağlı vəsatət qaldırılsa da, məhkəmənin texniki imkanları olmaması səbəbilə təmin edilməyib: "Buna görə də audio yazının müdafiə tərəfinin texniki vasitələri vsitəsilə həyata keçirilməsi və yazıların məhkəmə iclas protokoluna əlavə edilməsinə icazə verməyinizi xahiş edirik. Bu, işin tam, dolğun araşdırılması üçün vacibdir".
Hakim vəsatəti təmin etməyib.
Vəkilər - İlhamə Həsənova və Rəşad Əliyev məhkəmə tərkibinə yazılı etiraz təqdim ediblər.
Məhkəmə müşavirədən sonra etirazın baxılmamış saxlanılması barədə qərarı elan edib.
Daha sonra məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən İlqar İsmayılov ittihama münasibətində özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadəsində bildirib ki, əsassız ittihamlarla həbs olunub.
"İndi mənə ittiham verilib ki, 680 min manat mənimsəmişəm. Mən rəhbəri olduğum şirkətin – özümün pulumu necə mənimsəyə bilərəm? Həmin dövrdə ondan 10 dəfə artıq məbləğdən şirkətə vəsait mədaxil etmişəm, amma məhkəmə heç bununla bağlı qəbzlərə də baxmaq istəmir".
Növbəti proses iyunun 21-ə təyin edilib.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























