Çin dünyanı “süddə boğmaq” istəyir
Növbəti illərdə 200 yeni ferma, ən azı 2,5 milyon baş da inək lazımdır....Pandemiyanın yaxşı mənada reklam etdiyi məhsullardan biri də süddür.
Bütün dünyada həkimlər və səhiyyə mütəxəssisləri onun koronavirus infeksiyası ilə mübarizədə immun sistemini gücləndirdiyini xüsusilə vurğulayır. Nəticədə iri süd istehsalçıları artan tələbatı qarşılamaq üçün yeni fermalar tikmək uğrunda yarışa giriblər.
Ötən il 34 milyon ton süd istehsalı ilə dünya üçüncüsü olan Çin də bu yarışa qoşulub.
Marja Reutersə və Beijing Orient Dairy konsaltinq şirkətinə istinadla xəbər verir ki, təbii südün rekord qiymətləri və ötən ilki hökumət subsidiyalarından ruhlanan yerli istehsalçılar 200-dən artıq yeni südçülük təsərrüfatı quracaqlarını elan ediblər. Yeni layihələrin 60%-dən çoxu ən azı 10 min baş inək əlavə etməyi düşünür. Bütövlükdə, istehsal həcmini artırmaq üçün 2,5 milyon baş inək lazımdır, bu isə hazırda Çindəki sağmal inək sayının yarısı deməkdir.
Kifayət qədər böyük ambisiyadır, amma...
Çinin illik 62 milyard dollar satış həcminə malik süd bazarı böyük perspektiv vəd edir. Lakin, hazırkı istehsal həcmi daxili tələbatın ancaq 70%-ni ödəyir. Üstəlik, adambaşına illik süd istehlakı inkişaf etmiş ölkələrdən çox geri qalır. Euromonitor International bu rəqəmin ABŞ-da 50 litr, Çində isə cəmi 6,8 litr təşkil etdiyini bildirir. Nəticədə, təbii südün litri 2 dollaradır ki, bu da Böyük Britaniya və ABŞ-la müqayisədə 2 dəfə bahadır.
Bəs inəkləri hardan tapaq?
Ən iri yerli istehsalçılardan olan Modern Dairy növbəti 5 ildə inək sayını ikiqat artıraraq, 500 min başa çatdırmağı planlaşdırır. Şanxayda yerləşən Bright Dairy and Food Co.Ltd əlavə 33 min baş inək almaq, Youran Dairy şirkəti isə yeni fermalar üçün IPO-ya gedərək 800 milyon dollar investisiya cəlb etmək niyyətindədir.
Proqnozlar növbəti iki ildə Çinin yerli maldarlıq təsərrüfatlarının 500 min baş inək təmin edəcəyini, ən azı 400 min başın da xaricdən idxal edilməli olduğunu bildirir. Təkcə ötən il Çinə Avstraliya və Yeni Zelandiyadan 200 min baş sağmal inək gətirilib.
Lakin Yeni Zelandiyanın bu ilin aprelindən etibarən 2 il müddətinə diri mal-qara ixracına qadağa qoyması vəziyyəti çətinləşdirir. Alternativ kimi Braziliya, Çili və Uruqvay, eləcə də ABŞ və Avropa İttifaqı qalır. Lakin Cənubi Amerikadan nəql xərci baha və müddət uzundur, ABŞ-la hələ 2020-ci ilin yanvarında imzalanan Mərhələ 1 ticarət razılaşmasından isə xəbər yoxdur. Deməli, hazırda tikilən 1,4 milyon baş həcmində fermaların çoxusu boş qalacaq.
Üstəlik, yem qiymətləri ciddi şəkildə artır, xüsusən qarğıdalı və yoncada bahalaşma rekord həddə çatıb. Belə vəziyyətdə hazırda dünya üçüncüsü olan Çinin hansı tədbirlərgörəcəyi hələ qeyri-müəyyəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















