"Bu il və növbəti il qlobal iqtisadiyyat 3 trilyon dollar gəlir itirəcək "
ÜDM artımı 5,8% təşkil edəcək, hər şey vaksin proqramının həcmindən asılıdır...Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci ildə ilk Qlobal İqtisadi İcmalını bugün təqdim edib.
Marja qurum rəsmilərinə istinadla xəbər verir ki, pandemiya və onun nəticələri hələ də qlobal iqtisadiyyatın qarşısındakı ən böyük maneədir.
OECD ötən ilin dekabrında dərc etdiyi son İqtisadi İcmalında göstərilən proqnozlarına (4,2%) düzəliş edərək, bu il dünya iqtisadiyyatının 5,8%, 2022-ci ildə isə 4,4% artacağını bildirib (dekabrda bu rəqəm 3,7% olaraq proqnozlaşdırılırdı). İnkişaf etmiş iqtisadiyyatdlarda hökumətlərin, xüsusən ABŞ-ın nəhəng stimullaşdırma tədbirləri artma təkan verən əsas amildir. İqtisadi perspektivlər müsbətdir, lakin bərpa prosesi qeyri-bərabər gedir və böyük ölçüdə hökumətlərin vaksin proqramını nə dərəcədə uğurla icra etməsindən asılı olacaqdır. Hazırda iqtisadi aktivlik pandemiyadan əvvəlki səviyyəyə qayıdıb, lakin 2022-ci ilin sonuna kimi qlobal iqtisadiyyatın gəlirləri hələ də əvvəlki dövrlə müqayisədə 3 trilyon dollar az olacaqdır.
Ölkələr arasında əsas fərqlər ictimai səhiyyə strategiyasından, peyvəndləmənin həcmindən, hökumətlərin maliyyə-pul dəstəyindən, həmçinin, turizm kimi ən ciddi ziyan çəkmiş kimi sektorların milli iqtisadiyyatlardakı payından asılı olaraq dəyişir. Bu baxımdan, ABŞ və Cənubi Koreya artıq pandemiyadan əvvəlki gəlirlilik səviyyəsinə qayıdıb, Avropanın əsas hissəsi üçün hələ ən azı 1 il tələb olunur. Meksika və Cənubi Afrika üçün isə normal tempə düşmək 3-5 ildən tez baş verməyəcək.
Digər tərəfdən, pandemiya dövründə həcmi sürətlə artan ev təsərrüfatlarının yığımları və qənaət edilmiş vəsait bu il karantin tədbirlərinin yumşaldılmasından asılı olaraq bazara daxil oldquca, inflyasiya artımı qaçılmaz olacaqdır. Həmçinin, proqnozda əksər hökumətlərin seçdiyi aşağı faiz dərəcələri siyasətinin yaratdığı imkanlar sayəsində səhiyyə, rəqəmsallaşma və iqlim dəyişikliyinə qarşı mübarizəyə daha çox investisiya yatırılmasının zəruriliyi vurğulanıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)







