Çin iqtisadiyyatı artır, amma....
Bahalaşan əmtəə qiymətləri bərabərsizliyi dərinləşdirir.Əmtəə qiymətlərinin bahalaşması hələ də Çin iqtisadiyyatı üçün əsas təhlükələrdən biri olaraq qalır.
Marja xəbər verir ki, Çinin Milli Statistika Bürosu bugünkü açıqlamasında iri istehsal müəssisələrinin mənfəətində ötən ilki durğunluqla müqayisədə artımın nisbətən zəiflədiyini bildirib. Cari ilin mart ayında 92,3% təşkil edən artım apreldə 57%-də qərarlaşıb. Aprel ayında aktiv kiçik, mikro ölçülü və fərdi sahibkarlıq subyektlərini sayı 139 milyon təşkil edib.
Lakin bu artımın əmtəə qiymətlərinin sürətlə bahalaşması fonunda baş verməsi hökuməti ciddi narahat edir. Xüsusən mədən hasilatı sektorunun daha çox varlanmasına (azqiymətli metalların əridilməsində - 484%, digər metallurgiya sahələrində - ikiqat artım) baxmayaraq, xammal qiymətlərinin artması nəticəsində digər istehsal müəssisələri əlavə xərcə düşüb və gəlirlilik azalıb. Üstəlik, əhali daha az məhsuldan istifadə edir. Nəticə etibarilə, fabrikdən hazır məhsul qiymətləri (istehsal qiymətləri indeksi) ötən ay son 3 ildə ən yüksək templə - 6,8% artsa da, istehlak qiymətləri indeksi cəmi 0,9% yüksəlib.
Çin iqtisadiyyatı pandemiyanın nəticələrini ilk bərpa edən ölkələrdən olsa da, məşğulluq və əhalinin istehlakçı əminliyi hələ də 2019-cu ilin səviyyəsində deyil. Nəticədə, bir sıra orta və iri biznes sahələri istehsal etdikləri məhsulları realizasiya etməkdə çətinlik çəkir. Ortaya paradoksal bir mənzərə çıxır - iri Çin istehsalçıları durmadan xammal idxal edir, lakin istehsal olunan məhsullar əsasən beynəlxalq bazarlarda satılır.
Baş nazir Li Keqiangın rəhbərliyi altında həftə ərzində artıq iki dəfə (bazar ertəsi və çərşənbə günü) toplanan Dövlət Şurası həm iri inhisarçılara xammal qiymətlərini süni şəkildə artırmamaqla bağlı barmaq silkələyib, həm də məşğulluqla əladar dövlət yardımının artırılmasını müzakirə edib. Xarici ekspertlər, o cümlədən Morgan Stanley bankının analitikləri istehsal qiymətləri indeksinin ilin ikinci rübündə ən yüksək həddə çatacağını, daha sonra ilin sonuna doğru sabitləşəcəyini proqnozlaşdırır.
Çində iqtisadi aktivliyin əsas göstəricisi olan Alqı-Satqı Menecerləri İndeksi növbəti həftənin bazar ertəsi, may ayı üzrə istehsal qiymətləri indeksi və istehlak qiymətləri indeksi (İQİ) isə iyunun 9-u açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
20 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 59 d. əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















