Könüllü sığortalanma zamanı nələri bilməliyik?

Azərbaycan Respublikasında sığorta sektorunun inkişafında mühüm rol oynayan könüllü sığorta növləri üzrə daim yenilənmələr təqdim edilmədiyi üçün getdikcə sığortaya maraq azalmaqda davam edir. Sığorta şirkətləri hələ də 2010-cu ildən qalma köhnə qaydalarla sığorta məhsulları təqdim edir. Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank dövründə sığorta qaydalarına ciddi nəzarət edilməsi və mühüm tələblər qoyulması sığorta şirkətlərinin hələ də əvvəlki nəzarət orqanları tərəfindən təsdiqlənmiş qaydalarla işləmələrinə səbəb olur. Belə ki, sığorta şirkətləri qanunvericiliyin imkan verdiyindən də əlavə tələblərin olduğu və rahatlıqla imtinalar verə bildiyi köhnə qaydaları əsas tutmaqla, sığorta ödənişi verməkdən yayına bilir. Bu kimi halları nəzərə alaraq könüllü sığortalanma zamanı nələrin nəzərə alınmalı olduğunu diqqətinizə çatdırırıq.
1) Sığorta şirkətinin bu növ üzrə sığorta qaydalarından agah olmaq - sığorta müqaviləsində yaxud sığorta şəhadətnaməsində heç də bütün şərtlər qeyd olunmadığı üçün müqavilə bağlamazdan əvvəl şirkətin saytında yaxud satış nümayəndəsindən sığorta qaydalarını tələb etdikdən sonra oxuyaraq hansı şərtlərə razı olduğunuzu bilmək mütləqdir.
2) Sığorta müqaviləsi üzrə verilən təminatın müddəti - Bəzi hallarda müqavilə bağlansa da, sığorta təminatı müqavilə qüvvəyə mindikdən sonra verilir. Bu zaman isə təminata qədərki dövrdə baş verən hadisələr üzrə ödəniş almaqdan məhrum olmaq mümkündür. Buna görə də təminatın başlanma və bitmə tarixlərinə diqqət yetirilməlidir.
3) Sığorta haqqının ödəniş tarixləri - Müqavilə bağlandıqda sığorta haqqının ödəniş tarixlərinə mütləq nəzər yetirilməlidir. Belə ki, hissəvi sığorta haqları müəyyən edilən müqavilələr üzrə vaxtında sığorta haqqının ödənilməməsi hadisə zamanı sığorta ödənişinin verilməsindən imtinaya səbəb ola bilir. Bu səbəbdən də sığorta haqqının ödəniş tarixlərinə diqqət yetirilməsi hadisə zamanı zərərlərin kompensasiya olunmasına gətirib çıxaracaqdır. Müqavilələrdə sığorta haqqının ödənilməsi ilə bağlı xüsusi qeydlərin edilməsinə rast gəlinir.
4) Sığortanın həcmi - Sığorta müqaviləsi bağlanarkən şirkətlərin hadisə zamanı hansı həcmdə öhdəlik daşıyacağı sığorta məbləği hissəsində qeyd edilir. Müqavilə bağlanmazdan əvvəl şirkətlər əmlak sığortalarında əmlakın faktiki dəyərini qiymətləndirmək öhdəliyi daşıyır. Əgər əmlakın dəyəri 100 min manatdırsa, sığorta şirkəti 2 üsulla əmlakı sığortalaya bilər: tam və natamam (qismən). Buna əsasən hadisə zamanı ödənişi də həmin həcmdə verir. Məqsədəuyğundur ki, sığorta məbləğinə və sığortalanma dərəcəsinə xüsusi diqqət yetirilsin. Müqavilələrdə sığortalanma dərəcəsi və sığorta məbləğlərinin xüsusi formaları tətbiq edilə bilir.
5) Azadolma məbləği - Sığorta müqavilələrində franşiza və ya azadolma məbləği adlanan və hadisə zamanı sığorta şirkətinin ödəmədiyi bir məbləğ könüllü sığorta növlərində tətbiq edilir. Belə ki, hadisə baş verərkən şərtsiz və şərtli olmaqla, azadolma məbləğləri tətbiq edilir. Əgər 500 manat şərtsiz azadolma məbləği tətbiq edilirsə, 1000 manatlıq zərər halında 1000-500=500 manat məbləğində ödəniş verilir. Həmçinin 500 manat məbləğinədək zərərlər azadolma məbləğini keçmədiyi üçün şərtli və ya şərtsiz olmasından asılı olmayaraq ödənilmir. Əgər 500 manat şərtli azadolma məbləği tətbiq edilibsə, bu halda 500 manatlıq zərər ödənilməsə də, 501 manatlıq zərərdə 501 manat ödəniş verilir. Müqavilələrdə digər əsaslarla da azadolma məbləğləri tətbiq edilə bilir.
6) Sığorta predmeti və xüsusi şərtlər - Müqavilə bağlanarkən nəyin sığortalanmasını sığorta predmeti bölməsində düzgün qeyd etmək mütləqdir. Belə ki, ev 10, mənzil 30 sığortalanırsa, dəqiq ünvanın sığorta müqaviləsində də göstərilməsinə diqqət yetirilməsi məqsədəuyğundur. Əgər müqavilədə dəqiq ünvan qeyd edilməzsə, hadisə zamanı müəyyən dəqiqləşmələrin edilməsi üçün şərait yaradılmasına gətirib çıxaracaqdır. Bu hala mağazaların sığortalanması zamanı içərdəki mal-materialların dəqiq qeyd edilməməsində də rast gəlinir. Həmçinin məqsədəuyğundur ki, müqavilələrdə yazılan xüsusi şərtlərə də diqqət yetirilsin. Çünkü bir çox xüsusi şərt birbaşa olaraq ödəniş verilməsindən məhrum olmağa səbəb olur.
Bununla yanaşı qeyd edilməsi məqsədəuyğundur ki, sığorta müqavilələrində göstərilən digər nüansların mütləq ixtisaslı və peşəkar şirkətlərlə dəqiqləşdirilməsi itkilərin və ödənişdən məhrum olmanın qarşısını alır.
Müəllif: "İnsurance Consalting Service" MMC-nin direktoru Aqil Nuriyev
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 saat sonra
- 2 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
47 d. əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
56 d. əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
1 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
2 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
2 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
-
3 saat əvvəl
“Unibank”da bizneslər üçün alternativ maliyyələşmə imkanları müzakirə edilib
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

İşçilərin gəlir vergisi üzrə güzəştlərin müddəti başa çatır - "Bu 7 illik güzəşt dövrünün sonu deməkdir"

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
Ən çox oxunanlar

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI
