Ötən həftənin qazanan və itirənləri
“Dar günün dostu” öz dəyərini bir daha sübut edir.Geridə qoyduğumuz həftə bir sıra aktivlər üçün maraqlı və çətin dövr kimi yadda qalıb. Xüsusən Bitcoin üçün ötən həftə əsl “cəhənnəm” yaşanıb.
Marja xəbər verir ki, əvvəlki həftədə qalmaqallı Tesla şefi Elon Maskın ekoloji problemləri önə çəkərək, Bitcoin-dən ödəniş vasitəsi kimi istifadə etməyi dayandıarcaqları barədə Tviti, daha sonra ötən həftə Çin rəsmilərinin bank və maliyyə təşkilatlarına rəqəmsal valyutalardan istifadənin dayandırılması barədə xəbərdarlığı kriptovalyuta bazarının liderini çökdürüb.
Həftənin ortasında 30% dəyər itirərək, il ərzində ikindi dəfə 40 min dollardan aşağı düşən Bitcoin Elon Maskın əllərindəki kriptovalyuta ehtiyatlarının satmadıqları barədə xəbərindən sonra nisbətən özünə gəlməyə başlayıb. Lakin ABŞ Mərkəzi Bankının (Fed) və Daxili Gəlirlər Xidmətinin kiptovalyuta əməliyyatları üçün yeni qaydalar tətbiq etməsi və müəyyən limitdən sonrakı sövdələşmələrin vergitutmaya cəlb olunacağı barədə xəbərlər həftəsonu Bitcoin -ə daha bir ucuzlaşma şoku yaşadıb. Şənbə-bazar sessiyasında 13%-dən artıq ucuzlaşan 1 nömrəli kriptovalyutanın dəyəri 31 min dollara qədər azalıb. Ucuzlaşma Ether, Dogecoin və digər kriptovalyutalara da təsir edib. Bütün bunlara baxmayaraq, yenə də ilin əvvəlindən Bitkoin təxminən 284%, Ether isə rekord həddə - 800%-dən artıq dəyər qazanıb.
İnvestorların ənənəvi sevimlisi, kapital ehtiyatlarında ən vacib element olan qızıl isə həftə ərzində sürətli artım tempi götürüb. Bir neçə aydır digər daha az qiymətli metalların (mis, dəmir, gümüş) bahalaşması fonunda qiyməti sabit qalan, hətta mart ayında son 8 aylıq dövrün ən aşağı həddinə (1707 dollar/unsiya) düşən qızıl ötən həftə əvvəlki dəyərini bərpa etməyə başlayıb. Həftəsonu 1 unsiyaya görə 1887 dollara çatan qızılın qiymətindəki bu artım son 4 ayın ən yüksək göstəricisidir.
Adətən investorlar qızıldan inflyasiyaya qarşı hedc aləti kimi də istifadə edir. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə iqtisadiyyatın bərpası və inflyasiyanın yüksəlməsi qızıla tələbatın da artacağından xəbər verir. Daha çox bəzi şəxslərin açıqlamalarına daha həssas olan Bitcoin və onu izləyən digər kriptovalyutaların aqibəti isə növbəti həftələrdə aydın olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
21 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















