Dollar alverçiləri polislərin gözü qarşısında işləyirlər - REPORTAJ
Son bir neçə gün ərzində Azərbaycanda dolların “qara bazarı”na qarşı ən yüksək səviyyədə mübarizə aparılsa da, işbazlar hələ də fəaliyyətdədirlər.
Paytaxtda “qara bazar”ların təşkil olunduğu məkanlara baş çəkdik. İlk olaraq, bu alış-veriş üçün ən çox tanınan “28 May” metrostansiyasının və Dəmiryol Vağzalının ətrafını dolaşdıq.
Hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi əməliyyat tədbirlərindən sonra KİV-də “qara bazar” alverçilərinin gizli fəaliyyətə başladığı qeyd olunurdu. Lakin bizim gördüklərimiz bunun tam əksini sübut etdi. İşbazlar özləri sizə yaxınlaşır, “dollar, rus pulu” təklif edir. Hətta ərazidə gəzişərək ucadan qışqırıb dollar satdıqlarını elan edirlər.
Metrostansiyanın birinci çıxışından çıxıb sola döndükdə, elə Vağzal üçün təmir aparılan pilləkənlərin qarşısında orta yaşlı 3 kişi bizə öz dollarlarını təklif etdi. Yaxınlaşıb məzənnə ilə maraqlandıq. Dollar 1,83 manata təklif olundu. Məzənnəni aşağı endirmək cəhdlərimiz uğursuz oldu. Növbəti sövdələşmə üçün pilləkənlərlə yuxarı qalxmağa başladıq. Pillələrin sonunda cavan oğlan gəzişərək “rus pulu” dəyişdiyini elan edirdi. Biz isə dollarla maraqlandığımızı dedik. Məzənnə dəyişmədi – 1.83.
Yenə də dolların qiymətini “öldürməyə” çalışdıq, işbaza çoxlu manatımızın olduğunu, aşağı məzənnə təklif edərsə, bu dəqiqə 3-4 min manat dəyişəcəyimizi dedik. Bu zaman görünür həvəsləndi və cibindəki pulları çıxardı, təxminən 10 min dollarlıq “100”lüklər və ondan bir qədər az “rus pulu”nu əlində saymağa, bizə açıq formada nümayiş etdirməyə başladı. Amma qiymətdə israrlı idi, “özümüz bir həştad iki, bir həştad iki əllidən alırıq” deyib sövdələşməyə getmədi. Rusiya rublunun vəziyyətini də soruşduq. “İyirimi yeddi əllidən alıb iyirmi səkkiz əllidən” satdıqlarını dedi. Yaxın qonşumuzun valyutası üçün isə sövdələşməyə gedəcəyini dedi, amma bir şərtlə, “rus pulu”nu biz ona verib manat alacaqdıq: “Əgər çox olsa, iyirmi səkkizdən də alaram”.
Bu söhbət zamanı daha bir neçə dollar makleri bizə yaxınlaşdı. Hər kəs 1.83-dən təklif edirdi, əmin formada da dedilər ki, hara getsəniz bundan ucuzunu tapa bilməyəcəksiz. Maraqlı məqam isə budur ki, işbazlardan 5-10 metr aralı polis əməkdaşları dayanır, sərbəst gəzir, dollar alverçiləri ilə söhbətləşirdi. Özümüzü öncədən jurnalist kimi təqdim etmədiyimiz üçün polis əməkdaşından bu güzəştin səbəbini soruşa bilmədik.
Mənbə:“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
4 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
6 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)

















