Fermerlərə 121 milyon manatdan çox əkin subsidiyası ödənilib
Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin əkin bəyanları və torpaq məlumatları ilə bağlı monitorinqləri davam etdirir.
Agentlik tərəfindən monitorinqləri başa çatmış daha daha 44038 torpaq sahəsi üzrə (parsel) 30715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib. Son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7919101 manat subsidiya köçürülüb.
Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294499 fermerə 121 milyon manatdan artıq subsidiya ödənilib. Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96 faizi deməkdir. Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib. Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969205 hektar təşkil edir.
“AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca, ödəmələri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Sənədlərin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar bizə dövlətin aqrar sahəyə ödədiyi vəsaitin ədalətli çatdırılmasını təmin etməyə imkan verir” - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal verib.
Onun sözlərinə görə, 2021-ci ildə həmçinin EKTİS-ə daxil edilmiş, torpaq sənədləri doğru olan, 1 hektardan az əkin sahələrinin monitorinqi peyk vasitəsilə yoxlanılıb və fermerlərə dərhal subsidiya ödənilib. Torpaq sənədlərində problemlər olan, icarə müqavilələrinin vaxtı başa çatan, əkdiyi bitkinin növü subsidiya məbləğinə əhəmiyyətli dərəcədə təsir edən və monitorinq üçün bitkinin cücərməsini gözləmək vacib olan fermerlərin sahələrində yerüstü monitorinqlər daha detallı aparılıb.
Hazırda 3000 nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3183 fermerin torpaq sənədləri isə təhlil edilir. 5107 fermerə isə yeni “Fermer kartı” sifariş edilib.
Ruslan Zeynal əlavə edib ki, bu ilki monitorinqlərə təsir edən amillərdən biri də ölkədə ilk dəfə iri torpaq sahələrinin icbari qaydada aqrokimyəvi analizlərə cəlb olunmasıdır. Hazırda 1503 nəfər fermer ümumilikdə 24761 hektar torpaq sahəsi üzrə aqrokimyəvi analizlərin nəticələrini təqdim etməyib, bu səbəbdən həmin fermerlərə subsidiyaların ödənilməsində ləngimələr baş verir.
Qeyd edək ki, qaydalara uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilir. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
-
-
5 saat əvvəl
Dövlət agentliyinin nizamnamə kapitalı 100 milyon manata yaxın artırılıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
-
6 saat əvvəl
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
-
6 saat əvvəl
"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...
Azərbaycanın pomidor ixracından gəliri cüzi artıb
Speedtest Global Index: Son 1 ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
Aprelin 17-də gözlənilən hava şəraiti






.jpg)








.jpg)






