Dövlət satınalma proseslərində iştirak haqları azaldılır
“Dövlət satınalmaları haqqında” qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin təmin edilməsinə dair tapşırıqlarının icrası, bu sahədə ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ( birinci oxunuş) müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, qanun layihəsi elektron satınalmanın əhatə dairəsinin genişləndirilməsi, kotirovka sorğusu prosedurunun elektronlaşması və açıq tenderlə yanaşı, kotirovka sorğusunun (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçirilməsini, dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılmasına, sahibkarlara iştirak üçün geniş imkanların yaradılmasına, o cümlədən iştirak haqlarının portalın operatoruna ödənilməsinin təşkilini, həmçinin bu vəsait hesabına portalın saxlanılması xərclərinin ödənilməsi məqsədlərinə xidmət edir.
Qeyd olunub ki, qanun layihəsində, həmçinin dövlət satınalmaları üzrə prosedurların və şikayət mexanizminin təkmilləşdirilməsi, müddətlərin (o cümlədən satınalma elanları ilə bağlı müddətlərin, təkliflərin qiymətləndirilməsi və müqavilənin imzalanması müddətlərinin azaldılması, işlərin tamamlanmasına görə təminatın təkrar alınması ilə bağlı tələbin qanunda konkretləşdirilərək bütün təminat müddətini əhatə etməsi, işlərin yoxlanması zamanı satınalan qurum icra olunmuş işlər üzrə razılığa gələ bilmədiyi zaman yaranan gecikmənin tənzimlənməsi və azaldılması, mövcud müqavilələrə edilən əlavələr və kiçik düzəlişlər üçün müddətin azaldılması) konkretləşdirilməsi və optimallaşdırılması, əlavə məsuliyyət tədbirlərinin müəyyənləşdirilməsini nəzərdə tutur.
Qanun layihəsində satınalma müqavilələrinin icrasına başlanılması üçün icazələrin alınmasının satınalan təşkilatlar tərəfindən qabaqcadan təmin edilməsi (əvvəllər müqaviləni udan sahibkar (podratçı) müqavilə üzrə icazələri fərdi qaydada aidiyyəti dövlət qurumlarından almalı idi), portal vasitəsilə həyata keçirilən satınalmalarda (açıq tender və kotirovka sorğusu) iştirak haqqının portalın operatoruna ödənilməsi, portalın təkmilləşdirilməsi üçün dayanıqlı maliyyə təminatının yaradılması və satınalma barədə elanların yalnız portal vasitəsilə verilməsi (əvvəllər elanların qəzetlərdə dərci həm maliyyə resurslarının, həm də vaxt itkisinə səbəb olurdu), malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən qiymətləndirilməsi prosedurunun müddətlərinin göstərilməsi, satınalma komissiyası üzvlərinin sayı, təhsil və peşə tələbləri ilə bağlı suallara aydınlıq gətirilməsi, tender iştirakçısının müsabiqədən kənarlaşdırılması səbəblərinin yazılı şəkildə iddiaçılara təqdim olunmasının tələb kimi qanuna daxil edilməsi əksini tapacaq.
Tahir Mirkişili bildirib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində biznes mühitinin əlverişliliyi daha da artırılacaq, bu da ölkəyə investisiyaların cəlb olunmasına töhfəsini verəcək. Eyni zamanda, dövlət satınalmalarında şəffaflığın və səmərəliliyin artmasına, sui-istifadə hallarının minimallaşmasına nail olunacaq. Elektron üsulla keçirilən satınalmaların sayının artacağı üçün satınalmalara nəzarət asanlaşacaq, daha səmərəli hesabatlılıq qurulacaq və nəzarət imkanları genişlənəcək. Sahibkarlar arasında rəqabətliliyin artacağı ilə əlaqədar dövlət vəsaitindən daha qənaətli istifadəyə zəmin yaranacaq. Satınalma prosesində operativlik, çeviklik və əlçatanlıq səviyyəsi yüksələcək.
Bununla da dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, satınalmaların sağlam rəqabət mühitində keçirilməsi, malgöndərənlərə (podratçılara) bərabər şəraitin yaradılması, satınalan təşkilatlar tərəfindən satınalmaların düzgün planlaşdırılması və vaxtında həyata keçirilməsi təmin olunacaq, nəticədə malgöndərənlərdə (podratçılarda) dövlət satınalmalarına etibar xeyli artacaq və dövlət vəsaitindən daha da səmərəli istifadəyə zəmin yaranacaq.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
11 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
11 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
11 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)
.jpg)









.jpg)






