Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə olub
2021-ci ilin 3-4 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
DSX-dən verilən məlumata görə, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və işğal altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.
26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanmış, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.
Ezamiyyət müddətində əlahiddə sərhəd diviziyasının xidməti ərazisində dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəaliyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası, sərhəd yollarının çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitləri ilə tanış olunub.
Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi xüsusi qeyd olunub.
Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zəngilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliyyətinin təşkili, dövlət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəldilməsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilmiş, zəruri tapşırıq və tövsiyələr verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
41 d. əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
1 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
1 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
2 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
2 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
2 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır



























