“Gardashlar Mebel”dən təhsil müəssisələrinə yeni Smart Mebel təklifi
(®️) Azərbaycanda ilk dəfə olaraq təhsil müəssisələri üçün nəzərdə tutulan smart masaların hazırlanması təklif edilib.
Bu haqda “Gardashlar Mebel” şirkətinin direktoru Əli Mirzəyev çıxış edib.
Belə ki, şirkət Azərbaycanda yeganə smart mebel istehsalçısı olaraq təhsilin daha effektli və keyfiyyətli davam etdirilməsi üçün çox funksiyalı və tək funksiyalı smart masalardan istifadə ilə bağlı yeni layihəni təqdim edib.
Qeyd olunub ki, smart masa istehsalı adi masalardan fərqlənir. Smart masalar şagirdlərin daha rahat, səmərəli və sağlam şəkildə dərs dinləmələri üçün nəzərdə tutulub. Masa pandemiyadan sonrakı dövrə hazırlıq olaraq orta məktəblər, ali təhsil müəssisələri, həmçinin, liseylərə təklif olunur. Qeyd olunub ki, smart masalar hər bir təhsil müəssisəsinin interyerinə uyğun rəngdə istehsal oluna bilər.
Bu təklif ilə “Gardashlar Mebel” Təhsil Nazirliyinə müraciət edib.
Qeyd edək ki, “2015-ci ildən fəaliyyət göstərən “Gardashlar Mebel” şirkəti Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir. Fabrik bir sıra beynəlxalq sərgilərə qatılıb, məşhur brendlərlə əməkdaşlıq edir. Şirkət pandemiya dövründə aktivliyini qoruyub saxlayıb. Şirkətin daimi 200 nəfər peşəkar ixtisaslaşmış işçi heyəti vardır.
“Gardashlar Mebel” şirkətinin adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır. Burada bütün avadanlıqlar müasir Avropa standartlarına uyğundur. Çox qısa zamanda istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilib. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001:2015 , İSO 14001:2015 və İSO 45001:2018 beynəlxalq sertifikatlara layiq görülüb. 2019-cu ildə “Buta Palace”də keçirilmiş 350-dək iş adamının, bir çox dövlət qurumlarının nümayəndələrinin, 20-dək xarici ölkənin Azərbaycandakı səfirlərinin, eləcə də Almaniya, Gürcüstan, Səudiyyə Ərəbistanı və Özbəkistandan bir qrup biznes nümayəndələrinin iştirak etdiyi “AzeriBusinessAward” milli mükafatlandırma tədbirində “Gardashlar Mebel” “İlin mebel istehsalçısı” nominasiyasına layiq görülüb. “Gardashlar Mebel” öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmaq və “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılması ilə məşğuldur. Şirkət 2020-ci ilin sentyabr ayında ilk məhsullarını Amerikaya ixrac edib və cari ilin qarşıdakı aylarında yeni məhsulların ixracını həyata keçirəcək.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
6 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçdi – Gəlirləri 2 dəfəyə yaxın artıb
-
- 27 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
-
9 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
14 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
15 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Ən çox oxunanlar
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
AccessBank QSC taksi xidməti tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib












.webp)












